Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1897/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Metropolitenində Polis İdarəsinin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs, xx.xx.19711-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı Metropolitenində Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 07 mart 2024-cü il tarixdə, saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının çıxışında Zərərçəkmiş şəxs döymüşdür. Bakı Metropolitenində Polis İdarəsinin 06 aprel 2024-cü il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. 06 aprel 2024-cü il tarixdə Bakı Metropolitenində Polis İdarəsinin baş inspektoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Bakı Metropolitenində Polis İdarəsinin baş inspektoru X2 bildirdi ki, Şəxs 07 mart 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs qəsdən döyməsi faktı üzrə cinayət işinin başlanması rədd edildikdən sonra toplanmış materiallar inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona verilmişdir. 06 aprel 2024-cü il tarixdə o, həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilərək, göstərdi ki, 07 mart 2024-cü il tarixdə, saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının çıxışında Zərərçəkmiş şəxs döymüşdür. Belə ki, həmin şəxsi döyməsinə səbəb onu nalayiq ifadələrlə söyməsi olmuşdur. Sonda Şəxs, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Səfa ilə sosial şəbəkədə tanış, onun evinə getmiş və həmin vaxt qonaq olduğu üçün 28 manatlıq bazarlıq etmişdir. Sonradan aralarında mübahisə yaranmış və Səfadan pulunu tələb etmişdir, Səfa isə onu söymüşdür. Sonuncu dəfə, 07 mart 2024-cü il tarixdə, saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının çıxışında hərəkət edərkən Səfa onu döymüşdür. Sonda o, Şəxs şikayətçi olduğunu bildirdi və sonuncu barəsində qanunla müəyyən edilmiş həddə sərt tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 06 aprel 2024-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1897/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1897/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver