Məhkəmə qərarları › İş №3(007)-1900/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1900/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1900/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2 nümayəndəsi və vəkili- “BHM və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 mart 2023cü il tarixli, EQ seriyalı, 13487955 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 mart 2023cü il tarixli, EQ seriyalı, 13487955 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, X3 qərardan şikayətə yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair ayrıca vəsatət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə EQ13487955 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) törətməsi qeyd edilmişdir. Həmin protokol əsasında barəsində 50 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin Vİİ hissəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. İnzibati xətanın Hava limanı yolu-Ekspo Mərkəzin yaxınlığında törədildiyi qeyd edilmişdir. Lakin həmin ərazidə radardan qabaqda onun mövcudluğu barədə məlumatverici informasiya stendi quraşdırılmamışdır. O cümlədən həmin radardan qabaqda maksimum sürətin məhdudlaşdırılması nişanı da quraşdırılmamışdır. Ümumiyyətlə hava limanı yolunda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə informasiya stendi mövcud deyil. Sürət həddini göstərən elektron qurğular arasında məsafələr isə qanunda göstərilən ***- **** metr və ya 50-200 metrdən artıqdır. Bu halları təsdiq edən video və foto materialları məhkəməyə təqdim etmişdir. Belə olan halda hesab edir ki, xx.xx.2023-cü il tarixli EQ13487955 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuzdur. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli EQ13487955 nömrəli inzibati inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, xx.xx.2023-cü il tarixli EQ13487955 nömrəli inzibati inzibati tənbeh vermə haqqında elektron qərar üzrə hesablanmış 150 AZN cərimənin və 3 bal qiymətləndirmənin ləğv edilməsini, xx.xx.2023-cü il tarixli EQ13487955 nömrəli inzibati inzibati tənbeh vermə haqqında elektron qərar əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Web Portalından çıxarışdan görünür ki, “Mazda CX-5 minik” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Hava limanı yolu Ekspo Mərkəzi yaxınlığı Mərkəz ist 2 ünvanında hərəkəti zamanı 13 mart 2023-cü il tarixdə saat 00:12:26-da yolda müəyyən edilmiş 110 km/saat sürət limitini 131 km/saat həddində aşdığı kameralarla qeydə alınmış və fotoşəkili çəkilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 mart 2023-cü il tarixli, EQ seriyalı, 13487955 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Mazda CX-5 minik” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X1 limanı yolu Ekspo Mərkəzi yaxınlığı Mərkəz ist 2 ünvanında hərəkətdə olarkən 13 mart 2023-cü il tarixdə saat 00:12:26-da “yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşdığına görə”, Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 13 mart 2023-cü il tarixdə saat 00:12:26-da “Mazda CX-5 minik” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili Hava limanı yolu Ekspo Mərkəzi yaxınlığı Mərkəz ist 2 ünvanında (avtomagistralda) idarə edərkən yolda müəyyən edilmiş 110 km/saat sürət limitini 131 km/saat (21 km/saat) həddində aşmış, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşma - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 37-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir; 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. 50-ci maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələri avtomagistrallarda saatda 110 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Göründüyü kimi, X3 qanunvericiliyin yuxarıda istinad olunan tələblərini pozmaqla Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun təqsiri tam sübuta yetirilmişdir. Qərardan şikayət vermiş X2 şikayətinin əsasını təşkil edən hallara gəldikdə, nəzərə alınmalıdır ki, onun nümayəndəsi tərəfindən məhkəməyə inzibati xəta hadisəsini istisna edən sübut qismində təqdim olunmuş CD diskdəki görüntülərin özü ilə də təsdiq olunur ki, yolda müəyyən edilmiş sürət həddini, limitini göstərən tablolar quraşdırılmışdır. Ümumilikdə isə, nəqliyyat vasitələrinin avtomagistrallarda saatda 110 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğuna dair qanunvericiliyin tələblərini bilmək və onlara əməl etmək yol hərəkətinin iştirakçısı, sürücü olaraq X2 bilavasitə vəzifəsidir, o, həmin tələb və qaydalara tabe olub əməl etməlidir. Yolda radarın olması barədə informasiya stendinin olmaması nəqliyyat vasitəsinin sürücüsünə yolda müəyyən edilmiş sürət həddini, limitini aşmağa əsas vermir və ya sürət həddini aşdıqda onu müvafiq məsuliyyətdən azad edəcək amil kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 mart 2023cü il tarixli, EQ seriyalı, 13487955 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar