Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1901/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, Şikayətçi – X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13488799 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsi xx.xx.2023-cü il tarixli, EQ 13488799 saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsi ilə təqsirli bilinərək, 150 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətdə qeyd edir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 00:58 radələrində **-SL-*** dövlət qeydiyyat nişanlı “Mazda CX5” markalı avtomobil ilə hava limanı yolu ilə hərəkət edərkən İXM-nin 328.3-cü maddəsilə inibati xəta haqqında protokol tərtib olunmuş, inzibati xətanı müəyyən edilmiş hərəkət surətini 41-60 km/saat həddində aşmaqla törətdiyi müəyyən edilmişdir. Lakin inzibati xətanın törədildiyi qeyd olunan hava limanı yolu boyunca radardan öncə onun mövcudluğu barədə informasiya stendi quraşdırılmamışdır. Bununla da “Yol hərəkəti haqqında qanunun 50-ci maddəsinin Vİİ hissəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən inziabti xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar əsassız olduğundan həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi Nümayəndə oğlu təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13488799 saylı qərar əsassızdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsi xx.xx.2023-cü il tarixli, EQ 13488799 saylı qərarı ilə X4 hava limanı yolu, Buta Palace yaxınlığında idarə etdiyi Mazda CX-5 minik markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolda müəyyən edilmiş hərəkət surətini 41km/saat həddində aşmışdır. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-ü maddəsi ilə təqsirli bilinərək, 150 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə elektron qərar və əlavə edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İXM-nin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürəti 41-60 km/saat həddində aşmağa görə yüz əlli manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13488799 saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1901/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1901/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver