Məhkəmə qərarları › İş №3(007)-1904/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1904/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1904/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1stıq Zavodu” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC tərəfindən 2022-ci il üçün nəzərdə tutulmuş (illik) hesabat xx.xx.2023cü il tarixdə 13 gün gecikmə ilə təqdim edilmişdir. Bununla həmin hüquqi şəxs tərəfindən İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Bakı şəhər Statistika İdarəsi tərəfindən 28.03..2023-cü il tarixli, MN №0355166 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X3 çıxış edərək bildirdi ki, qeyd olunan inzibati xəta "xxxx" ASC tərəfindən üzrlü səbəbdən törədilmişdir, belə ki, statistik hesabat Bakı şəhər Statistika İdarəsinə gecikmə halı qeyd olunsa da təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-in 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi, yaxud hesabatların təhrif edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx" ASC-nin həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, hesabatın vaxtında təqdim edilməməsinə dair Statistika Komitəsinin Elektron İnformasiya sistemindən çıxarışla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar