Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1908/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsindən Şəxs Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 428.1.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materillarında olan xx.xx.2022-ci il tarixli ******* saylı protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 39 ünvanda xx.xx.2022-ci il tarixində saat 16:26da “Turbo servis” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. İş materillarından görünür ki, Şəxs barəsində protokol tərtib edilsə də, “Turbo servis” adlı obyektin ona məxsus olmasına dair sənədlər materiala əlavə edilməmişdir. Həmçinin materialda olan xx.xx.2022-ci il tarixli bildirişin Şəxs təqdim edilməsi barədə sənəd iş materiallarına əlavə edilməməklə protokolun tərtib olunmasından məlumatlı olub-olmaması müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-İVQ nömrəli Qanunu və “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın tələblərinə riayət edilməsi məqsədilə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş protokol tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənləri və Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 109 və 118-сi maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə qaytarılsın. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1908/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1908/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver