Məhkəmə qərarları › İş №3(007)-1921/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1921/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1921/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1, Bakı şəhər DYPİ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə 15:50 radələrində Nizami rayonu, Qara Qarayev prospekti ilə idarə etdiyi "Hyundai Sonata" minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qırmızı işıqda dayandığı zaman, DYP-nin əməkdaşı öz potrul avtomobili ilə ona yaxınlaşaraq, avtomobili kənara verib saxla işarəsi verdi. Daha sonra DYP əməkdaşı ona yaxınlaşaraq, avtomobilin arxa yayları (prujin) aşağı olduğuna görə saxladığını bildirmişdir. O isə əməkdaşa yaylara müdaxilə olunmadığını bildirmiş, daha sonra DYP əməkdaşı nəqliyyat vasitəsinə baxış keçirərərək duman əleyhinə işıq lampalarına baxaraq bildirdi ki, avtomobil konstruksiya dəyişiklik olduğuna görə duracağa gedir və barəmdə İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati protokol tərtib etməklə məni 150 (yüz əlli) manat cərimə etmişdir. İnzibati qərarı xx.xx.2025-ci il tarixində Bakı şəhər X9 İdarəsindən aldığını qeyd edərək Bakı şəhər X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında çıxış edərək bildir ki, onun hərəkətində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir, qeyd olunanlara əsaslanaraq barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər DYPİ-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirdi ki, sürücü tərəfindən qanun pozuntusuna yol verilmiş, nəqliyyat vasitəsinin lampaları təlimata uyğun qaydada mütəxəssis tərəfindən deyil, kustar üsulla sürücünü özü tərəfindən dəyişdirilmişdir. Qeyd olunanlara əsaslanaraq şikayətin əsassız olduğunu və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2025-ci il tarixdə özünə məxsus “HYUNDAİ SONATA” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkan “nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə” İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Şikayətçi şikayətində barəsində çıxarılmış qərardan narazı olduğunu qeyd etsə də, məhkəmə iclası zamanı verdiyi ifadəsində qeyd olunan inzibati xətanı töərətməsini etiraf etmişdir. Bildirmişdir ki, qeyd olunan lampaları özü dəyişdirmiş, işıq vurma dərəcəsini və istiqamətini özü müəyyən etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan hal özlüyündə normativ tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, işıq fənərinin sürücü tərəfindən kustar üsulla dəyişdirilməsi “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin tələblərinin pozulmasına şərait yaratmış olur. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Həmçinin 2-ci bəndinə əsaən faraların nizamlanması dövlət standartlarına uyğun aparılmalıdır. Əlavənin 4-cü bəndinin tələbinə əsasən işıq yayıcılar həmin işıq cihazının tipinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar