Məhkəmə qərarları › İş №3(007)-1932/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1932/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1932/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 34A ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 39892.49 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğdən 13239.33 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 03 aprel 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, həmin vəsait hesabına alınan mallar artıq ölkəyə idxal olunmuş və bank tərəfindən təsdiqlənmişdir. Bununla bağlı gömrük bəyannamələrini və bankı müvafiq məktubunu məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş səlahiyyəti orqanın nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş gömrük bəyannamələri artıq bank tərəfindən təsdiq edilmiş, idxal olunmuş malların dəyəri köçürülən 39892.49 ABŞ dolları məbləğindən çıxılmış, qalıq olaraq 13239.33 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmişdir. Belə ki, təqdim olunmuş **********0814 nömrəli gömrük bəyannaməsi üzrə 20521.00 ABŞ dolları, **********6165 nömrəli gömrük bəyannaməsi üzrə 6132 ABŞ dolları ümumi məbləğdən silinmiş, nəticədə 13.239.33 ABŞ dolları məbləğində vəsait isə geri qaytarılmamış və ya həmin məbləğdə vəsait i əhatə edən mallar ölkəyə idxal edilməmişdir. Qeyd olunanları nəzərə alaraq MMC barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" tərəfindən təqdim edilmiş məktuba əsasən müəyyən edilir ki, TUTTO BELLO MMC-nin xx.xx.2022-ci il tarixli 39,892.49 ABŞ dollar məbləğində avans ödənişinin 13,239.33 ABŞ dolları məbləğində qalıq hissəsi xx.xx.2024-cü il tarixdə tam bəyan edilmişdir. Bununla da təsdiq olunur ki, qeyd olunan qalıq hissə qanunla müəyyən edilmiş 02 il müddət başa çatdıqdan sonra bəyan edilmişdir. İnzibati xətanın xx.xx.2024-cü il tarixdə baş verməsini nəzərə alaraq, xx.xx.2024-cü il tarixdə **********4366 saylı YGB ilə malların bəyan edilməsi məhkəmə tərəfindən məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə tərəfləri dinləyib iş materiallarında olan sənədlərə əsaslanaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Republikası İXM-nin 430.4-cü madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 03 aprel 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, PB/BPŞ-OUT-00385-2024/2 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 13239.33 ABŞ dollarının 20%-i məbləğində, yəni 2647.87 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar