Məhkəmə qərarları › İş №3(007)-1939/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1939/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1939/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 42, mənzil 37-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 18 avqust 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsi və maddi ziyan vurulması barədə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-dən sadələşdirilmiş icraat qaydasında özgənin əmlakının qəsdən məhv etmə və ya zədələmə hissəsində inzibati icraatın başlanması məsələsinə baxılması üçün material ayrılaraq rayon prokurorluğuna daxil olmuşdur. Material öyrənilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ev 13, mənzil 159-da yaşayan Zərərçəkmiş şəxs Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 06:20-də əvvəllər qeyri-rəsmi yaşadığı Şəxs onun kirayədə yaşadığı ünvan 1 ünvanına nalayiq ifadələr işlətməsi, sifət və bədəninin müxtəlif nahiyələrinə yumruqla vuraraq ona xəsarət yetirməsi və evdə olan qab-qacağı və televizoru sındıraraq ona maddi ziyan vurduğunu bildirmişdir. Araşdırma zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Şəxs ifadəsində göstərmişdir ki, o, 2015ci ildən 2021-ci ilədək Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi birlikdə yaşamış, qeyri-rəsmi nikahlarından 6 yaşlı qız övladları vardır. xx.xx.2022-ci il tarixdə səhər saat 06:40 radələrində qızı Aylaya məxsus olan samokatı götürmək məqsədi ilə Gülnarənin yaşadığı Nizami rayonu, M.Abbasov küçəsi ev 13, mənzil 159 ünvanına getmişdir. Həmin vaxt Gülnarənin yaşadığı mənzildən başqa bir kişinin çıxdığını görmüşdür. O, sərxoş vəziyyətdə olduğu üçün qısqançılıq zəminində özünü cilovlaya bilməyib yumruqla Gülnarənin üz və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Həmçinin, həmin vaxt əsəbi və içkili vəziyyətdə olduğu üçün özünü cilovlaya bilmədiyindən televizoru və qab-qacağı sındırmışdır. Hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 06:40 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ev 13, mənzil 159 ünvanında Gülnarənin kirayə yaşadığı mənzildə baş vermiş, təxminən 5-7 dəqiqə müddətində davam etmiş, həmin vaxt evdə o və Gülnarə olduğu üçün hadisənin heç bir şahidi yoxdur. Hadisə zamanı Gülnarə onu vurmayıb, onun heç bir xəsarəti yoxdur. Araşdırma zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2015-ci ildən 2021-ci ilədək Şəxs ilə qeyri-rəsmi birlikdə yaşamışlar. Onların qeyri-rəsmi nikahdan 6 yaşlı qız övladları var. Bir ilə yaxındır ki, onlar ayrılaraq ayrı yaşayırlar, lakin buna baxmayaraq Qaryağdı mütamadi olaraq onu narahat edir. xx.xx.2022-ci il tarixdə səhər saat 06:20 radələrində əvvəllər qeyri-rəsmi yaşadığı Şəxs sərxoş vəziyyətdə kirayə yaşadığı ünvan 2 ünvanına təhqiramiz ifadələr işlədərək üzünün və bədəninin müxtəlif nahiyələrindən yumruqla vuraraq ona xəsarət yetirmişdir. Evdə olan qab-qacağı və televizoru sındıraraq ona maddi ziyan vurmuşdur. Televizorun və qab-qacağm sındırılması nəticəsində ona 800 manat miqdarında maddi ziyan vurulmuşdur. Həmin vaxt Qaryağdı sərxoş vəziyyətdə olmuşdur. Toplanmış materialdan görünür ki, Şəxs 27 iyul 2022-ci il tarixdə saat 06:20 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ev 13, mənzil 159 ünvanında qısqanclıq səbəbi ilə bağlı qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı sonuncuya məxsus televizoru və qab-qacağı sındırması nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsindən görünür ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə az miqdarda ziyan vurduqda inzibati xəta sayılır. Həmin maddənin qeydində göstərilmişdir ki, “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs məxsus televizoru və qab-qacaqları sındırması nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan vurmaqla Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində həmin maddə ilə inzibati icraat başlanılmaqla baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən Şəxs tərəfindən özgənin əmlakının qəsdən məhv edilməsi faktı üzrə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati icraat başlanılmış və qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X2 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yuxarıda göstərilən qaydada izahat verərək əməlini etiraf etmiş, əməlindən səmimi peşman olduğunu bildirmiş, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən Zərərçəkmiş şəxs gəlməmişdir, məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz onun tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs az miqdar hesab olunan 800 manat dəyərində maddi ziyan vurmuşdur və o, vurduğu həmin maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışmamışdır. Belə olan halda, İXMnin 39.2-ci maddəsində müəyyən edilən qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş materialları ilə müəyyən olunur ki, Şəxs qeyd olunan hadisəni törədərkən o, alkoqol sərxoşluğu vəziyyətində olmuşdur, ona görə Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə həmin halı Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş üzrə zərərçəkmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsi barədə tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar