Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1942/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 avqust 2022ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 avqust 2022ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 iyul 2022-ci il tarixdə Mikayil Əliyev küçəsində özünə məxsus “Mercedes E230” avtomobili ilə hərəkət edərkən saat 08:37 radələrində YPX onu saxlamış və Bakı şəhəri DYP Yol Patrul xidməti inspektoru Rza-zadə Təbriz Şahin oğlu tərəfindən barəsində İXP4762007 nömrəli protokol tərtib olunmuşdur. Protokolda “İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qayda pozuntusuna görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokol tərtib etmişdir. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 10 avqust 2022-ci ildə BDYPİ-də baxılsa da, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində çıxarılmiş 60 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar qüvvədə saxlanılmişdır (araşdırma qərar tarixi 19 avqust 2022). Onun etirazı haqqında çıxarlan qərarın hüquqi əsasının olmamasıdır. Belə ki, yol ver nişanı (2.4 nişanı) təsir dairəsində baş yoldakı avtomobillərə yol verilməlidir. Yol ver nişanı təsir dairəsində olan sürücünün hərəkətə başlamasi baş yolda olan sürücüyə qəza şəraiti yaradacaqsa və ya onun kəskin tormozlamasına, hərəkət istiqamətini dəyişməsinə səbəb olacaqsa bu nişanın tələbini pozmaq kimi qiymətləndirilir. O, nişanın tələblərinə riayət etməklə, təhlükəsizliyə əmin olduqdan sonra digər avtomobillərin davanaraq ona yol verdiyini yəqinləşdirdikdən sonra yavaşca hərəkətə başlayib yol ayrıcını keçmişdir. Onunla birgə yol ayrıcinı keçməkdə çətinlik yaşayan sürücülər də yol ayrıcını keçmişlər. Təxmini 1 km hərəkət etdikdən sonra arxada DYP avtomobili saxlamağı ilə bağlı siqnal vermiş, o, tabe olaraq avtomobili saxlamışdır. İnspektor yaxınlaşaraq qayda pozuntusu etdiyini demişdir. O, təəccüblə hansı qayda pozduğunu sual etmişdir. Yolda avtomobillərə yol vermədiyini söyləmişdir. İnspektora sual etmişdir ki, necə qiymətləndirmişlər ki, yol verməmişdir, hardan bilmişlər bunu, o isə öz növbəsində hadisə yerini müşahidə etdiklərini demişdir. Cavab olaraq inspektora demişdir ki, bəs onlar günün pik saatında hərəkətin təhlükəsizliyini təmin etmək və yolda axıcı hərəkəti təşkil edəcəkləri halda gözdən uzaq yerdə, patrul masınında yol hərəkəti iştirakçılarına kobud şəkildə hörmətsizlik edərək xidmətdə nöqsanlar edərək, YPX haqqında təlimatı kobud şəkildə pozaraq xidməti vəzifələrini yerinə yetirməməklə bərabər barəsində haqsız protokol tərtib etmişlər. Bununla da hüquqlarını ayaq altına atmışlar. Halbuki onların birbaşa borcu yolda açıq aşkar xidmət aparmaqla yolda fasiləsiz və təhlükəsiz hərəkəti təmin etməkdir, gizlənərək qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq dayanma və durma qadağa olan yerdə xidməti avtomobili qanunsuz saxlayaraq, vətəndaşları təhlükəyə ataraq, kiminsə bir səhv etməsini gözləvərək və bu fürsətdən istifadə edərək inzibati protokol yazmaqla prosesi sona çatdırmaq deyil. Göründüyü kimi YPX inspektoru bu maddələrin tələblərini kobud şəkildə pozmuş, öz vəzifəsini layiqincə yerinə yetirməmişdir. YPX haqqında təlimatdakı maddələrə diqqət yetirilməli, polis serjantının xidmətdəki nöqsanlari ilə bilavasitə qanunları və hüquqlarını pozmasına göz yumulmalı və ədalət bərqərar edilməlidir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Qanunvericiliyin tələblərinə daima riayət edən bir vətəndaş olaraq heç bir zaman qayda pozuntusuna yol verməyi özünə rəva bilməmişdir. Heç bir zaman qanunsuz olaraq tərtib olunan inzibati cərimələrlə razılaşmamışdır. Sonuncu yazılmış bir protokolda 5 (3 rayon məhkəməsi+2 apellyasiya) məhkəmə prosesini qalib gələrək protokola xitam verilməsinə nail olmuşdur. Başqa bir halı nəzərə çatdırır, yenə qanunsuz olaraq tərtib olunan protokola görə Nərimanov DYP rəisi Hüseyn Əliyev tərəfindən cəriməni özləri ödəyəcəklər deyilmiş və cərimə tərtib olunan orqan tərəfindən ödənmişdir. İXP4762007 nömrəli protokola Bakı şəhəri BPİ tərəfindən çıxarılmış 04 avqust 2022-cı il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, X1 şikayəti daha əvvəl Baş Dövlət Yol Polisi İdarəsində araşdırılmış, bu araşdırmada şikayətçinin də iştirakı təmin olunmuşdur. İnzibati araşdırma zamanı müəyyən edilmişdir ki, X3 hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcını keçmə qaydasını pozmuş, bununla da nəqliyyat vasitələrinin axımını dayandırmışdır. İnzibati xəta faktı videogörüntülərlə təsdiqini tapmışdır. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 04 avqust 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin YPX inspektoru tərəfindən tərtib olunmuş 19 iyul 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 19 iyul 2022-ci il tarixdə saat 08:37-də “Mercedes Benz E230 minik” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında idarə edərkən yolayrıcını keçmə qaydasını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 avqust 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından görünür ki, X3 19 iyul 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, yolayrıcını keçmə qaydasını pozduğuna görə, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisinin 19 avqust 2022-ci il tarixli 046-89459Ə-4222 nömrəli məktubundan görünür ki, X1 yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılaraq barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edilməsi barədə müraciəti özünün iştirakı ilə araşdırılmışdır. Müəyyən edilmişdir ki, o, 19 iyul 2022-ci il tarixdə “Mercedes” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, M.Əliyev küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə zidd olaraq hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcını keçmə qaydasını pozduğuna görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törətdiyi qayda pozuntusu kamera vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilərkən təsdiqini tapmışdır. Araşdırma zamanı yol verdiyi inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Araşdırmanın nəticəsindən narazı qaldığı təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən məhkəməyə şikayət etmək hüququ X2 izah edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 19 iyul 2022-ci il tarixdə saat 08:37də “Mercedes Benz E230 minik” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Əliyev küçəsində hərəkətdə olarkən hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcını keçmə qaydasını pozmuş, bununla da yol hərəkəti haqqında qanunun tələblərini pozmuşdur ki, bu da inzibati məsuliyyətə səbəb olmuşdur. X1 ilkin müraciəti protokol tərtib edən şəxsin vəzifəli şəxsi tərəfindən onun özünün iştirakı ilə araşdırılmış, törətdiyi qayda pozuntusun kamera vasitəsilə qeydə alınmış videogörüntülərinə baxış keçirilmişdir. X1 şikayətində irəli sürdüyü dəlillər subyektiv fikirləri olmaqla, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 avqust 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1942/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1942/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver