Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1950/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 16 avqust 2001-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Söyüdlər küçəsi, dalan 11-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin 28 mart 2024-cü il tarixli qərarı əsasında tərtib olunmuş 02 aprel 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 29 yanvar 2024-cü il tarixdə saat təxminən 18:00 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində Əhmədli qəsəbəsi istiqamətində hərəkət edib Q.Qarayev prospekti ilə kəsişmədə körpünün altından geriyə dönərək “Maşın bazarı” istiqamətində təxminən 5km/saat sürətlə hərəkətdə olduğu vaxt “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 54cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yolun hərəkət hissəsində nizamlanmayan piyada keçidi ilə yolu soldan sağa doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurması nəticəsində ona sol diz oynağının ön səthinin sıyrıq və hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi, sol əlin arxa səthinin İİİ-İV barmaqların sıyrıqları və sol əlin ovuc səthinin İİİ-İV barmaqların qançırları, sağ çiyin qurşağının hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxuma və oynaqlarının əzilməsindən ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, “Toyota Prius” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etmişdir. 29 yanvar 2024-cü il tarixdə saat 18 radələlərinə o, həmin avtomobili idarə edərək Babək prospekti ilə Əhmədli qəsəbəsi istiqamətində hərəkət etmiş, Q.Qarayev prospekti ilə kəsişmədə körpünün altından geriyə dönərək “Maşın bazarı” istiqamətində təxminən 5 km/saat sürətlə hərəkət etmiş, körpünün altından çıxan zaman piyada keçidində bir nəfər qadını vurmuşdur. Dərhal avtomobili saxlamiş və ona kömək edərək avtomobilə mindirib “Modern Hosptial”a aparmış, orada sonradan tanıdığı Zərərçəkmiş şəxs tibbi yardım göstərilmişdir. Hadisəyə görə özünü təqsirli bilir, əməlindən peşmandır. Lakin zərərərçəkmiş şəxslə barışıq əldə etməmişdir, ona pul ödəmək istəmir. Barəsində cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı elan olunmuşdur, o, həmin izahatında göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə saat 18 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində körpünün altından piyada keçidi ilə yolu bir tərəfdən digər tərəfə keçən zaman körpünün altından geriyə dönüb “Maşın bazarı” istiqmətinə hərəkət edən “Toyota Prius” markalı avtomobil qabaq hissəsi ilə onu vurmuşdur. O, zərbədən yerə yıxılmış, sonra ayağa durmuş, avtomobilin sürücüsü onu avtomobilə mindirib “Modern Hospital”a aparmış və orada o, müayinə olmuşdur. Hadisə zamanı xəsarət almışdır. Hadisə ilə bağlı onun sürücüyə qarşı şikayəti vardır. Sürücü tərəfindən ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 05 fevral 2024-cü il tarixli 99 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş sol diz oynağının ön səthinin sıyrıq və hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi, sol əlin arxa səthinin İİİ-İV barmaqların sıyrıqları və sol əlin ovuc səthinin İİİ-İV barmaqların qançırları, sağ çiyin qurşağının hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxuma və oynaqlarının əzilməsi - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istinda olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 mart 2024-cü il tarixli 8/415 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Prius” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 mart 2024-cü il tarixli qərardan görünür ki, HK/1-49 nömrəli araşdırma materialı üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu hadisə yerindən tibb müəssisəsinə çatdırmasını Azərbaycan Respublikası İXMnin 32.1-ci maddəsinə əsasən onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs tərəfindən tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1950/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1950/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver