Məhkəmə qərarları › İş №3(007)-1952/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1952/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1952/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili-Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən tərtib olunmuş 29 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı ünvan 1C tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun kənarı ünvanında 09 iyun 2021-ci il tarixdə saat 10:53-də X13 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X3 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yerində araşdırma zamanı X13 ilə əmək və ya xidməti (mülki) müqaviləsi bağlanılmadan "xxxx" MMC-də işə cəlb edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı MMC tərəfindən bunun əksinə, həmin şəxslə belə müqavilə bağlandığına dair hər hansı sübut, o cümlədən hazırda məhkəməyə təqdim edilmiş guya həmin şəxsin X4 bağladığı müqavilə əsasında, onun tərəfindən işə cəlb edildiyinə dair hər hansı məlumat, sübut təqdim etməmişlər. Müqavilə yoxlama zamanı təqdim edilsə də, bu, yalnız X4 müvafiq müqavilə əsasında işə cəlb edildiyinin təsdiqi məqsədilə olmuşdur. İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, "xxxx" MMC-nin barəsində tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə göstərmişdir ki, inzibati xəta haqqında protokolda adı qeyd olunan X13 "xxxx" MMC-nin deyil, X4 işçisi olmuş, onun tərəfindən işə cəlb edilmişdir. Lakin MMC-nin barəsində əsassız olaraq protokol tərtib edilmişdir. MMC-nin bir çox subpodratçıları vardır, X5 da onlardan biridir. X13 əmək müqaviləsi olmayan işçi olaraq bir nəfər kimi qeydə alınmışdır, MMC-nin isə 43 işçisi vardır, belə olan halda həmin bir nəfərlə də əmək müqaviləsi bağlanmasına mane olan hal yox idi. Bir nəfərə görə özünü təhlükəyə atmaq ağlabatan deyildir, hansı ki, inzibati qaydada yüksək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Həmin şəxsin özü də bildirmişdir ki, İsmayılın işçisidir və onunla əmək müqaviləsi İsmayılla bağlanmalı idi. X13 "xxxx" MMC-nin işçisi olmadığına və MMC tərəfindən işə cəlb edilmədiyinə görə onunla əmək müqaviləsi bağlanmasına əsas olmamışdır. Yoxlama aparan şəxslər X9 çaşdırıcı sual verərək ondan öz istədikləri kimi cavab almışlar. Məhkəməyə təqdim etdikləri sübutlarla müəyyən olunur ki, MMC-nin X5 ilə müqaviləsi real olmuşdur, müqavilə ilə razılaşdırılmış işlərin görülməsinə görə pul köçürmələri edilmiş, maliyyə əməliyyatları aparılmışdır. Hesab edir ki, MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X13 izahatında göstərmişdir ki, onu işə X5 cəlb etmişdir. Monitorinq mərkəzindən gələrək yoxlama aparanda ondan harada işlədiyi soruşulmuş, o, izah etmişdir ki, qeydiyyatı varsa, müqaviləsi də vardır. Özbaşına tikintiyə gəlib işləyə bilməz. İsmayılla briqada şəklində işləyirlər, Günəşlidə də birlikdə işləmişlər və orada işləyərkən fəhlə işi görmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X5 izahatında göstərmişdir ki, fərdi sahibkar kimi VÖEN əsasında fəaliyyət göstərir. 01 mart 2019-cu il tarixdə bağladığı müqaviləyə əsasən "xxxx" MMC-dən sifariş qəbul edərək tikintidə razılaşdırılmış işlərin yerinə yetirilməsini öhdəsinə götürmüş, müəyyən olunmuş işləri yerinə yetirmişdir. Müqavilədə nəzərdə tutulan işlərin yerinə yetirilməsinə görə özü işçilər cəlb etmişdir. Protokolda qeyd olunan X13 onun işçisi olmuşdur, onun əmək haqqını özü ödəmişdir, həmin şəxs "xxxx" MMC-nin işçisi olmadığına görə həmin MMC ilə müqavilə bağlanması üçün əsas olmamışdır. Sadəcə olaraq mühasibatlıqla bağlı anlaşılmazlıq olduğuna görə X13 qeydiyyata götürülməmişdir. Lakin həmin şəxs artıq iki ildir ki, onun işçisidir, Günəşlidə də birlikdə işləmişlər, bu barədə yoxlama aparan şəxslərə də bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X10 izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfindən aparılan tikinti sahəsində iş icraçısı işləyir. 09 iyun 2021-ci il tarixdə saat 10:30 radələrində yoxlamaya gəlmişlər, həmin vaxt orada polislər də olmuşdur. O, tikinti sahəsində çalışan şəxsləri aşağı endirmiş, yoxlama zamanı müəyyən etmişlər ki, işçilərin hamısı ilə əmək müqaviləsi bağlanmışdır. Sonra bildirmişlər ki, bir nəfər şəxsin müqaviləsi yoxdur. Əvvəlcə kim olduğunu bilməmiş, sonra X13 olduğunu demişlər. Həmin şəxs işçiləri olmadığı halda onun "xxxx" MMC-nin işçisi olması, lakin müqavilə bağlanmadan işə cəlb edilməsi barədə protokol tərtib etmişlər. Ona demişlər ki, imzalasın, o da oxumadan protokolu imzalamışdır. X13 MMC-nin deyil, X4 işçisi olmuş, onun tərəfindən işə cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 01 iyun 2021-ci il tarixli MİHO/4.1-3.2-2021-14 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhərində tikilməkdə olan çoxmənzillı yaşayış binalarının tikinti sahəsində qeyri-formal məşğulluğun olmasına dair dövlət orqanlarından daxil olan hesabatların və zəruri olan digər materialların araşdırılması və aparılmış müqayisəli analitik təhlillər əsasında aşkar edilmiş şübhə hallarının yerində araşdırılması məqsədi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən - Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tanxli 1349 nömrəli Fərmanının 6-cı hissəsinə əsasan Azərbaycan Respublikasının Vergilər Nazirliyindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə və insanların həyat və sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair şübhələrə əsaslanaraq Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun kənarında tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) 2021-ci ilin 9 - 11 iyun tarixlərində (3 gün müddətində) qərar ilə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X12 X1 tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilməsi - qərara alınmışdır; -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin fəaliyyətinin plandankənar (növbədənkənar) yoxlanılmasının aparılması 02 iyun 2021-ci il tarixdə elektron qaydada qeydə alınmışdır; -"xxxx" MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair yoxlama aktından və siyahıdan görünür ki, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X12 X1 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə, cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 2021-ci il 19 aprel tarixli MİHO/4.1-3.2-2021-14 nömrəli qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun kənarında (Tikinti obyektinin kodu 18725) tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2021-ci il 09 iyun tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı tikinti obyektində 45 nəfər yoxlanılmışdır. Yoxlanılan şəxslərdən 43 nəfərlə əmək müqaviləsinin bağlanıldığı təmin edildiyi, 01 nəfər şəxslə əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyi, 01 nəfər şəxsin isə fiziki şəxs kimi "xxxx" MMC ilə müqavilə əsasında fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Əmək müqaviləsi bağlanan şəxslərdən 40 nəfər "xxxx" MMC, 03 nəfər şəxs isə fiziki şəxs X5 tərəfindən işə cəlb edilmişdir. Əmək müqaviləsi olmayan 01 nəfər şəxs "xxxx" MMC tərəfindən işə cəlb olunmuşdur. Yoxlama zamanı fiziki şəxslə "xxxx" MMC arasında bağlanmış müqavilə təqdim edilmişdir. Yoxlamada MMC-ni təmsil edən X10 iştirak edərək aktı imzalamışdır; -X5 (İcraçı, VÖEN **********) ilə "xxxx" MMC (Sifarişçi, VÖEN **********) arasında bağlanmış xidmət göstərilməsinə dair 01 mart 2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən İcraçı Sifarişçinin sifarişinə əsasən müqavilədə göstərilmiş şərtlərlə tikintidə razılaşdırma protokolunda göstərilən xidmət öhdəliyini üzərinə götürmüşdür; -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 fiziki şəxs X5 tərəfindən 10 iyun 2021-ci il tarixli əmək müqaviləsi üzrə usta kimi işə cəlb edilməsi 10 iyun 2021-ci il tarixdə elektron sistemdə qeydə alınmışdır. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin iştirakı ilə iş materiallarına əlavə edilmiş bir ədəd DVD diskdə olan görüntülərə baxış keçirilmişdir. Baxış zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X12daşları tərəfindən verilən suallara cavab verən, tikinti sahəsində işlədiyi müəyyən edilmiş X13 görüntülərin 03:41-ci dəqiqəsində özünü təqdim edir, 04:23cü dəqiqəsində tikintidə fevral ayından işə başladığını, dəmirçi işlədiyini, 04:39-cu dəqiqəsində dəqiqləşdirmə apararaq "xxxx" MMC-nin işçisi olduğunu bildirir, 05:01-ci dəqiqədə yoxlamada iştirak edərək MMC-ni təmsil edən X6 cavab olaraq bildirir ki, “İsmayıl (X5) mənə dedi ki, sizin, obyektin üstündəyəm”. Bundan sonra yoxlamada iştirak edən X10 görüntülərin 05:55-ci dəqiqəsində yoxlamanı həyata keçirən əməkdaşın sualına cavab olaraq bildirir ki, yoxlamanın nəticələri ilə bağlı heç bir etirazı yoxdur, əslində o, müqavilə olmadan heç kimi işə buraxmır, lakin bir nəfərin müqavilə olmadan işə cəlb edildiyi aşkar edilmişdir, gərək onu da “yola verəydilər”. Bundan sonra həmin şəxs tərtib olunmuş aktı və digər sənədləri imzalayaraq surətlərini alır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilmişdir. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun kənarında tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2021-ci il 09 iyun tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı tikinti obyektinin podratçısı "xxxx" MMC tərəfindən işə cəlb edilmiş 43 nəfərlə əmək müqaviləsinin bağlanıldığı, 01 nəfər şəxslə əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyi, 01 nəfər şəxsin isə fiziki şəxs kimi "xxxx" MMC ilə müqavilə əsasında fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Əmək müqaviləsi bağlanan şəxslərdən 40 nəfər "xxxx" MMC, 03 nəfər şəxs isə fiziki şəxs X5 tərəfindən işə cəlb edilmişdir. Əmək müqaviləsi olmayan 01 nəfər şəxs "xxxx" MMC tərəfindən işə cəlb olunmuşdur. Bu fakt, tərtib olunmuş yoxlama aktı və qeydə alınmış videogörüntülərlə öz təsdiqini tapmışdır. Xüsusən nəzərə alınmalıdır ki, əmək və ya xidməti (mülki) müqavilə bağlanılmadan işə cəlb edilmiş şəxsin özü, yəni X13 "xxxx" MMC tərəfindən işə cəlb olunduğunu, bu zaman onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Bununla yanaşı o, yoxlamanı həyata keçirən əməkdaşın keçirdiyi sorğu-sual zamanı hazırda məhkəməyə təqdim edilmiş 01 mart 2019cu il tarixli müqavilənin tərəfi olan X5 tərəfindən işə cəlb edildiyini, onun işçisi olduğunu qeyd etməmiş, əksinə, X4 ona, "xxxx" MMC-nin işçisi olduğu barədə bildirdiyini qeyd etmişdir. İnzibati icraat zamanı "xxxx" MMC-nin direktorunun yazılı müraciətində, habelə məhkəmə iclasında nümayəndəsinin izahatında yoxlayıcı şəxslərin savadsız insan olan X9 çaşdırıcı suallar verərək müvafiq cavabı almağa nail olduqlarını göstərsələr də, bu hal öz təqsdiqini tapmamışdır, belə ki, tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntü ilə də öz təsdiqini tapır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X12daşı digər şəxslərin yanında sərbəst və açıq suallar verir, X13 isə həmin suallara açıq, tərəddüdsüz, hər hansı əlavə izah istəmədən cavab verir. Xüsusən nəzərə alınmalıdır ki, videogörüntülərin 05:55-ci dəqiqəsində yoxlamada iştirak edərək MMC-ni təmsil edən X10 yoxlamanın nəticələri ilə razı olub-olmaması barədə suala cavab verərkən özünün işçilərin müqavilələrini yoxlayıb işə buraxdığını, yoxlanılan 45 nəfər şəxsin arasında bir nəfər şəxsin müqavilə olmadan işə cəlb edildiyinin “yola vermək” gərəkliyini qeyd edir, yəni müəyyən olunmuş halın əksi olduğuna dair hər hansı etiraz bildirmir, sübut təqdim etmir. X8 fiziki şəxs X5 tərəfindən 10 iyun 2021-ci il tarixli əmək müqaviləsi üzrə usta kimi işə cəlb edildiyinin 10 iyun 2021-ci il tarixdə elektron sistemdə qeydə alınmasının özü də onun sübutudur ki, X13 həmin tarixədək "xxxx" MMC-də əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir, məhz 09 iyun 2021-ci il tarixdə sözügedən xətanın aşkara çıxarılmasından sonra, 10 iyun 2021-ci il tarixdə həmin şəxslə əmək müqaviləsi bağlanaraq elektron sistemdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyinin tələbləri "xxxx" MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında irəli sürdüyü dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Şahidlərin izahatlarına gəldikdə, nəzərə alınmalıdır ki, işin faktiki müəyyən olunmuş halları baxımından onların hazırkı izahatlarında irəli sürdükləri dəlillər hüquqi şəxsin inzibati məsuliyyətdən yayındırılmasına cəhd etmə kimi qiymətləndirilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar