Məhkəmə qərarları › İş №3(007)-1956/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1956/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1956/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pashaev (Paşayev) Rasimin və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında yaşayan Pashaev (Paşayev) Rasimin Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Pashaev (Paşayev) Rasim Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1290/2021 saylı, 28.01.2021-ci il tarixli məhkəmə əmrini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə əmrini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru E.N.İsrafilov tərəfindən 15.07.2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pashaev (Paşayev) Rasim izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli məhkəmə əmrinə əsasən ondan 28000 manatın tutularaq kreditor X3 xeyrinə ödənilməsi qərara alınmışdır. Onun həmin məhkəmə əmrindən məlumatı olmamış, məhkəmə əmrini 08.07.2021-ci il tarixdə rəsmi qaydada almışdır. 09.07.2021-ci il tarixdə Nizami Rayon Məhkəməsinə məhkəmə əmrindən etiraz vermiş və məhkəmə əmri ləğv edilərək, materiallar iddia icraatına keçirilmişdir. İşinə baxılıb yekun qərar qəbul edildikdən sonra borcunu ödəyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. X1 məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1290/2021 saylı, 28.01.2021-ci il tarixli məhkəmə əmrindən görünür ki, Pashaev (Paşayev) Rasimdən 28000 manatın tutularaq kreditor X3 xeyrinə ödənilməsi əmr edilmişdir. - icraata başlamaq haqqında 02.03.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1290/2021 saylı, 28.01.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında 02.03.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Pashaev (Paşayev) Rasimdən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1290/2021 saylı, 28.01.2021-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1290/2021 saylı, 12.07.2021-ci il tarixli qərardadından görünür ki, etiraz təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1290/2021 saylı, 28.01.2021-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmiş, işin məhkəmə hazırlıq iclası 26.07.2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Pashaev (Paşayev) Rasimin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1290/2021 saylı, 28.01.2021-ci il tarixli məhkəmə əmri ilə Pashaev (Paşayev) Rasimdən 28000 manatın tutularaq kreditor X3 xeyrinə ödənilməsi əmr edilmişdir. Borclu Pashaev (Paşayev) Rasim həmin məhkəmə əmrini 08.07.2021-ci il tarixdə rəsmi qaydada almış və 09.07.2021-ci il tarixdə məhkəmə əmrindən etiraz vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1290/2021 saylı, 12.07.2021ci il tarixli qərardadı ilə etiraz təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1290/2021 saylı, 28.01.2021-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmiş, işin məhkəmə hazırlıq iclası 26.07.2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Göründüyü kimi, icra sənədinin verilməsi üçün əsas olmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1290/2021 saylı, 28.01.2021-ci il tarixli məhkəmə əmri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1290/2021 saylı, 12.07.2021-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə əmri ləğv edildiyindən və bununla da Pashaev (Paşayev) Rasimin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1977-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında yaşayan Pashaev (Paşayev) Rasimin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pashaev (Paşayev) Rasimə məhkəmədə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar