Məhkəmə qərarları › İş №3(007)-1956/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1956/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1956/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 295000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2023-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğdən 295000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, inzibati xətaya dair protokolda qeyd olunan məbləğ dəyərində mallar ölkəyə idxal olunmuşdur. Təqdim olunmuş bəyannamələrdə kodlar yalnışlıqla qeyd olunduğundan müəyyən boşluqlar yaranmış, ölkə xaricinə köçürülmüş vəsaitin bir hissəsi açıq qalmışdır. Bununla bağlı gömrük komitəsinə məktub yazmış, düzəlişlər olunmuşdur. Həmçinin təqdim olunmuş xx.xx.2023-cü il tarixli, **********2197 nömrəli, xx.xx.2023-cü il tarixli, **********1444 nömrəli və xx.xx.2023-cü il tarixli, **********1937 nömrəli bəyannamələrlə mallar hissə-hissə ölkəyə idxal olunmuşdur. Ümumilikdə MMC tərəfindən 785000 ABŞ dolları məbləğində xaricə pul köçürülmüş, həmin pullar müqabiləndə mallar ölkəyə idxal olunmuş, hətta daha artıq mal idxal olunmuş, nəticədə MMC-nin mallara görə borcu da qalmışdır. Bəyannamənin tarixinin köçürmənin tarixindən əvvəl olması ilə bağlı isə bildirdi ki, bu cür hallar baş verir, pul köçürülmədən mallar idxal oluna bilir, hətta hazırda da MMC-nin bu halla əlaqədar borcu yaranmışdır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə etdiyi müraciətdə işin məhkəmənin mülahizəsinə uyğun həll olunmasını xahiş etmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi **********2197 nömrəli gömrük bəyannaməsinə əsasən mallar xx.xx.2022-ci il tarixdə, **********1444 nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixdə, **********1937 nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC-nin nümayəndəsinin protokolun tərtib olunmasına əsas olmuş məbləğ hesabına idxal olunmasını iddia etdiyi malların bir hissəsi məbləğin xaricə köçürüldüyü xx.xx.2023-cü il tarixindən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə ölkəyə idxal olunmuşdur. xx.xx.2022-ci il tarixdə idxal olunmuş malların xx.xx.2023-cü il tarixdə köçürülən məbləğ hesabına alınmasını təsdiq edən hər hansısa sübut isə MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, protokolun tərtib olunmasına əsas verən 295000.00 ABŞ dolları məbləğində vəsait tamamilə bağlanmamışdır. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, KB-246/2-59/2025 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 295000.00 ABŞ dollarının 20%-i məbləğində, yəni 59000.00 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar