Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1959/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 14 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən Şəxs 14 aprel 2024-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yerləşdiyi ərazidə səs-küy salaraq polisin qanuni tələblərini pozmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. O əlavə olaraq qeyd etmişdir ki, “Badə” restoranında dava-dalaş olmuş, digər polis əməkdaşları onları hadisə yerinə köməyə çağırmışlar. Hadisə yerində xeyli camaat olmuş, ictimai asayiş pozulmuşdur. Polis əməkdaşları vətəndaş Anara yaxınlaşmış, özlərini təqdim etmiş, ona ictimai asayişi pozmamasını, söyüş söyməməsini bildirmiş, buna baxmayaraq aralarında mübahisə baş vermiş, Şəxs plis əməkdaçı Məmmədov Lətifin sol göz nahiyəsinə zərbə endirmişdir. Şəxs içkili şəkildə şöbəyə gətirilmiş, özü də spirtli içki içdiyindən nə etdiyini bilmədiyini səmimi şəkildə etiraf etmiş, tərəflərindən protokol tərtib edilib məhkəməyə təqdim edilmişdir. Bazar günü, xx.xx.2024cü il tarixdə onun barəsində İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati işə baxılırdı. Həmin iş üzrə iclasdan çıxandan sonra Anar onun qanuni tələblərinə məhəl qoymayaraq polis əməkdalarına qarşı küçə söyüşləri işlətmişdir. Məhkəmə iclasında şahidi qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin postpatrul xidməti bölüyü polis nəfəri, polis serjantı X5 bildirmişdir ki, onlar xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə, saat 23:20 radələrində AP 5968 nömrəli patrul onlardan B.Çobanzadə küçəsində yerləşən “Badə” restoranının qarşısında dava olduğu üçün kömək istəmişdir. Həmin ünvana yaxınlaşanda yolun sağ və sol hərəkət istiqaməti bağlanmış, restoran yaşayış binası ilə üz-üzə yerləşdiyindən həmin binada olan vətəndaşlar hadisəni izləyir və ya videoya çəkirdilər. Vətəndaş Anar yüksək spirtli içkinin təsiri altında olduğu üçün onların qanuni tələblərinə tabe olmamış, avtomobilə əyləşdirmək istəyəndə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı səs yazısı da vardır. Onu avtomobilə əyləşdirmək istəyəndə orada Dəmirov Elcan və Məmmədov Lətif olmuşdur. Bu vaxt da Şəxs polis əməkdaşının gözünə zərbə endirmişdir. Vətəndaşı 25-ci polis bölməsinə gətirmiş və lazimi tədbirləri görmüşlər. Vətəndaşı düşürüb içəri salarkən xüsusi vasitə olan qandaldan istifadə edilmişdir. Vətəndaş nəyə görə polisə yumruq atmalıdır? Bəs polisin hüquqları hardadır? O, Lətiflə ailəvi dostdur, onun valideynləri lətifi kimin vurduğunu ondan soruşurlar. o, 11 aprel, saat 17:00-dan növbədədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X9 bildirmişdir ki, vətəndaşı polis maşınının vətəndaş üçün olan hissəsinə keçirmək istəyəndə vətəndaş iki-üç nəfər polis əməkdaşını itələyərək onun gözünə yumruqla zərbə endirmişdir. Hər hansı bir vətəndaşın içkili olaraq polisi vurması nə qədər düzgündür? Tədbir görülməsə digər vətəndaşlar da bunu edəcəklər. “Bona Dea” xəstəxanasının bütün həkimləri onlara baxırdılar. Hadisə vaxtı digər polis əməkdaşları orada olmuşdur. Onlar həmin polis əməkdaşlarına köməyə getmişlər. Məhkəmədən Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X6 bildirmişdir ki, onlar AP-5963 nömrəli patrul da xidmət göstərir, xx.xx.2024-cü il tarixdə AP-5968 nömrəli patrul onları “Badə” restoranının qarşısına köməyə çağırmışdır. Onlar oraya yaxınlaşanda mübahisə var idi. Vətəndaş Anar dava salmış, səs-küy yaratmışdır. Onlar vətəndaşın bölməyə aparılmasını təmin etmək üçün yaxınlaşmışlar. Anar isə əlbəyaxa şəkildə mübahisə edir, dalaşırdı. X2şından yumruqla ona zərbə yetirmiş, onlara qarşı nalayiq ifadələr istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X11 bildirmişdir ki, onlar xidmət apararkən vətəndaşlar arasında mübahisə olmuş, bir qrup şəxs yığılmışdır. Onları sakitləşdirib yola salmışlar. Vətəndaş Anar nalayiq ifadələr işlətmiş, həmin vətəndaş polisə tabesizlik və müqavimət göstərmişdir. Onlar 5 nəfər olmuş və bir nəfər əməkdaşlarına xəsarət yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X12 bildirmişdir ki, “Badə” adlı kiçik kafenin qarşısında dava olduğu üçün onlara məlumat verilmiş və onlar oraya birinci yaxınlaşıb aranı sakitləşdirmişlər. Aranı sakitləşdirdikdən 5-6 dəqiqə sonra tutulan şəxs içkinin təsirindən özünü idarə edə bilməmişdir. Onlar vətəndaş Anarın bölməyə aparılmasını təmin etmək qərarına gəlmişlər. Onu bölməyə aparan zaman Anar tabesizlik göstərmiş, nalayiq ifadələr işlədərək onları söymüşdür. Onu polis maşının vətəndaş üçün olan hissəsində əyləşdirən zaman müqavimət göstərmiş, yumruq, təpik vurmuşdur. Bu adam həmin vaxt dərk etmirdi ki, qarşısındakı polisdir. Orada yumruq atan zaman əməkdaşları Məmmədov Lətif göz nahiyəsindən xəsarət almışdır. Bundan sonra vətəndaşın bölməyə aparılmasını təmin etmişlər. O, hadisə üzrə buraya qədər iştirak etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ad günündən çıxıb kafedə oturmuşdu. Dərisində olan iri ləkələrdən anlamışdır ki, həmin gün içki içəndə qanında əks təsir baş vermişdir. O, əvəllər də müəyyən hallarda içki içir. Onun indiyə kimi heç kim ilə problemi olmamışdır. O, Ağ şəhərdə mühafizəçi işləyir, yəni sistem işçisidir, daim tədbirlərdə polis əməkdaşları ilə iştirak etmişdir. O, içkinin təsirindən xatırlamasa da, əminliklə deyə bilər ki, heç kəsə qəsdən əl qaldırmamışdır, bəlkə də dalaşanda olmuş, harasa dəymiş, polis əməkdaşına toxunmuş, artıq-əksik ifadələr işlətmişdir. Amma əmin dir ki polis əməkdaşına yumuruq atmamışdır. Çünki o, birinə yumruq atsa həmin adamın bir hissəsi olmazdı. O, həmin hadisəyə görə məhkəməyə gətirilmiş, hakim Ülkər Yusifova cərimə ilə bağlı qərar çıxarmış, onları barışdırmışdır. O da polis əməkdaşlarından üzr istəmişdir. Həmin gün onun ailə üzvləri də gəlmiş, məhkəmənin əsas girişindən kənarda dayanmışlar. O, məhkəmənin arxa qapısından çıxmış, onu arxa hissəyə çağırmışlar. Bununla bağlı kamera görüntüləri də vardır. O, məhkəmədən çıxandan sonra polis maşını ilə yenidən tutub onu bölməyə aparmışdırlar. Polis işçilərinin onunla qərəzi var. Məhkəmənin çıxan qərarı icra etmirlər, üstəlik onu polis maşını ilə tutub aparırlar. Halbuki, məhkəmədən çıxanda heç bir sözsöhbət olmamış, nalayiq ifadələr işlətməmişdir. O, üç gündür ki, ev üzü görmür. Bunlarla yanaşı, onun həyat yoldaşı ürək xəstəsi, balaca övladı astma xəstəsidir. O, ailəni dolandırmalıdır. O, hələ fikirləşir ki, cəriməni necə ödəyəcəkdir. Barəsində olan inzibati xətanı qəbul etmir. Qeyd etdiklərinin cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal və Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti ağırlaşdıran halın olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı X7 tutulduğu vaxtdan, yəni 14 aprel 2024-cü il tarixdən saat 16:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyası, Çelyabinsk şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 14 aprel 2024-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X8 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-1959/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1959/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver