Məhkəmə qərarları › İş №3(007)-1972/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1972/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1972/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 523.1-ci və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin tərtib etdiyi 03 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 03 aprel 2024-cü il tarixli 3(010)-1756/2024 nömrəli qərardadı ilə material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Material 15 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, işin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən, aidiyyət qaydalarının pozulduğu müəyyən edilmişdir. Belə ki, materialın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə, xx.xx.2007-ci il təvəllüdlü Şəxs Bakı şəhəri, Suraxanı rayonu, 3-cü mədən küçəsində yaşaması əsas olmuşdur. Həmin məhkəmə tərəfindən işin icraata qəbul məsələsi həll edilərkən müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və digər sənədlərdən müəyyən olunur ki, müvafiq hadisə Koroğlu metrosu yaxınlığı “Alov” parkın qarşısında baş verib. İnzibati xəta haqqında materiala onun yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət əlavə edilməmişdir. Lakin nəzərə alınmamışdır ki, Azərbaycan Respublikası İXM-nin 110.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Göründüyü kimi, Şəxs yetkinlik yaşına çatmamışdır. İnzibati materiala əlavə edilmiş izahatda və protokollarda Şəxs ünvanı isə ünvan 1 məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyində aidiyyətlə bağlı normalar nəzərdə tutulsa da, inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə öz qərarı ilə həmin işi məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməsi məsələsi müvafiq norma ilə tənzimlənmədiyindən qanun analogiya üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar bir məhkəmədən digərinə əsaslandırılmış qərarla göndərilməlidir. Məhkəmə digər məhkəmədən aidiyyət qaydasında göndərilmiş cinayət işini və ya digər materialı mübahisəsiz, şərtsiz olaraq icraatına götürməlidir. Lakin bu, heç də o demək deyildir ki, cinayət işini və ya digər materialı alan məhkəmə aidiyyət qaydaları pozulmuş olsa da belə, həmin işə və ya digər materiala hökmən baxmalıdır, çünki Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsi və CPM-nin 29-cu maddəsi məhkəmə aidiyyətinin qanunsuz olaraq pozulmasını qadağan edir, həmin norma işin və ya digər materialın göndərildiyi məhkəməyə həmin işi və ya materialı geri qaytarmağı qadağan edir. Ona görə də işi və ya digər materialı digər məhkəmədən almış məhkəmə hazırlıq iclası zamanı işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə dərhal öz qərarı ilə həmin işi və ya materialı məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməlidir. Apellyasiya instansiyası məhkəməsinin sədri öz qərarı ilə həmin işi və ya digər materialı aid olduğu məhkəməyə göndərəcəkdir. İstinad olunan normaların tələblərini, işin faktiki hallarını nəzərə alaraq, məhkəmə belə hesab edir ki, yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxıldığına, Şəxs yaşadığı ünvan ünvan 2on Məhkəməsi tərəfindən deyil, Şəxs yaşayış yeri olan Suraxanı rayonunun yurisdiksiyasının aid olduğu məhkəmə tərəfindən baxılmalıdır. Lakin inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə, özünün materialı onu göndərmiş məhkəməyə və ya digər aidiyyəti məhkəməyə göndərməsi qanunla qadağan edilir, ona görə məhkəmə hesab edir ki, material məhkəmə aidiyyətinə dair məsələnin həlli üçün məhkəmənin yurisdiksiya üzrə aid olduğu Bakı Apellyasiya Məhkəməsinin sədrinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110, 112 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 523.1-ci və 535.1-ci maddələri ilə olan inzibati xətaya dair material, işin ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar