Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1973/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən hüquqi şəxs "Fresh Agro” MMC tərəfindən müxtəlif adlı yüklər xx.xx.2023-cü il tarixli, **********8611 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********5328 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********6657 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********7898 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********0918 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********6887 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********5435 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********7445 sorğu nömrəli,xx.xx.2023-cü il tarixli, **********4158 sorğu nömrəli gömrük bəyannamələri əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilərək "xxxx" şirkətinə ixrac olunmuş, lakin qanunvericiliklə müəyyən olunmuş müddətin başa çatmasına baxmayaraq, malın dəyərinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi təmin edilməmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxalixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci maddəsinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Şəxs MMC tərəfindən ixrac edilən malların müqabilində müvəkkil bankda olan hesaba köçürülməli olan 10391,3 (17665.21 manat) ABŞ dolları vəsait Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq köçürülməmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X1 tərəfindən 28 fevral 2024-cü il tarixli, 00800-00176/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X4 izahat verərək bildirmişdir ki, "Fresh Agro” MMC tərəfindən meyvə, göyərti və tərəvəzlər gömrük bəyannamələri əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilərək "xxxx" şirkətinə ixrac olunmuşdur. Həmin meyvə, göyərti və tərəvəzlər "xxxx" şirkətinə ixrac olunduqdan sonra, həmin şirkət məhsulları Rusiya Federasiyasında olan bazarlara satılması üçün təqdim edir. Məhsulların 90 faizi tez xarab olan olduğundan həmin məhsulların bir hissəsi xarab olmuş, digər hissəsi isə dəyərindən daha ucuz qiymətə satılmışdır. Belə olan halda ixrac olunmuş məhsulların dəyərinin ödənilməsi xeyli müddət almışdır. O, dəfələrlə vəsaitin ödənilməsini tələb etmiş, sonra onun səhhətində yaranmış problemlərə görə vəsaitin ödənilməsi geçikmişdir. Hazırda ixrac olunmuş malların dəyəri ödənilmişdir. Bu barədə müvafiq sənədi məhkəməyə təqdim edir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -3-33/012/000547 nömrəli raportdan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. - xx.xx.2023-cü il tarixli, **********5328 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə 1871.60 ABŞ dolları dəyərində mal ixrac olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********6657 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə 676.00 ABŞ dolları dəyərində mal ixrac olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********7898 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə 557.40 ABŞ dolları dəyərində mal ixrac olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********8611 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə 1385.50 ABŞ dolları dəyərində mal ixrac olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********0918 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə 1300.60 ABŞ dolları dəyərində mal ixrac olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********4158 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə 1604.40 ABŞ dolları dəyərində mal ixrac olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********5435 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə 1492.70 ABŞ dolları dəyərində mal ixrac olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********6887 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə 1449.00 ABŞ dolları dəyərində mal ixrac olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********7445 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə 1597.40 ABŞ dolları dəyərində mal ixrac olunmuşdur. - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X2 təqdim etdiyi xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" şirkəti tərəfindən Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına 1055466.19 Rus Rublu köçürülmüşdür. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, göründüyü kimi Şəxs MMC tərəfindən ixrac olunmuş malın müqabilində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsi üzrlü səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec baş tutmuşdur. Bu hal Şəxs MMC-nin təqsirini istisna edən əsas kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" şirkətinə göndərilmiş malların müqabilində köçürülməli olan 10391,3 (17665.21 manat) ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasının müvəkkil edilmiş bankda olan hesabına köçürülmüşdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1973/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1973/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver