Məhkəmə qərarları › İş №3(007)-1982/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1982/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1982/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasındakı çıxışında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində istifadəsində olan “Xəzər SD” markalı, 90PY467 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Nizami rayonu, M.Əliyev küçəsində hərəkət edən zaman fikirli olaraq AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin gün ərzində internet informasiya resursunda yaradılan elektron kabinetdə qayda pozuntusu barədə elektron protokol yerləşdirilməmişdir. xx.xx.2024-cü il tarixdə ona ***-***-**-** nömrəsinə saat 10:56-da zəng gələrək və özünü polis serjantı Rüfət İsmayılov kimi təqdim edərək bildirmişdir ki, idarə etdiyi “Xəzər SD” markalı, 90PY467 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinin müxtəlif ərazilərində qanun pozuntularına yol verdiyinə görə təcili olaraq BDYPİ-nə dəvət etmişlər. Qanunsuz çağırış olsa belə öz növbəsində BDYPİ-nin 27-ci otağına yaxınlaşmış, sənədlərini aldıqdan sonra ona bildirmişlər ki, xx.xx.2024-cü il tarixində Nizami rayonu, M.Əliyev küçəsində İXM-nin 327.2-ci maddəsi ilə qayda pozuntusu etmiş və bu pozuntu TŞ kameraları tərəfindən qeydiyyata alınmış, ona protokol tərtib olunmuşdur. O, yazılan protokola yazılı şəkildə razı olmadığını qeyd etmiş və bildirmişdir ki, İXM-nin 38.6-cı maddəsinə zidd olaraq protokol tərtib olunmuşdur. İXM-nin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Barəsində tərtib olunan protokolda foto və ya video materiallar, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitəsinə aid heç bir məlumat əks olunmamışdır. Qeyd olunanlara əsaslanaraq BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onların iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarına əsasən X5 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Khazar SD” minik markalı, P0-PY-467 dövlət qeydiyyat nişanlı avtomobillə, Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olan zaman, 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması səbəbindən İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* nömrəli protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar və protokola əsasən, həmçinin şikayətçinin törətdiyi əməli etiraf etməsi ilə həmin inzibati xətanı törətməsi təsdiq edilir. Məhkəmə qeyd eyməyi zəruri hesab edir ki, qeyd olunan inzibati xəta xx.xx.2024-cü il tarixdə baş versə də, qeyd olunan inzibati xəta dərhal deyil, sonra TŞ müşahidə kameralarına baxış keçirilən zaman, yəni xx.xx.2024-cü il tarixdə aşkar edilmişdir və protokol tərtib edilmişdir. Qeyd olunan fakt şikayətçi tərəfindən şikayət ərizəsində də öz əksini tapır. Beləliklə, şikayətçi tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi faktı və xətanın sonradan sənədləşdirilməsi barəsində şikayət verilmiş qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar