Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1987/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhər BPİ X9 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 15:37-də, Bakı şəhəri, Qara Qarayev pr, 62-də, onun idarə etdiyi **-GS-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinin arxasınca YPX avtomobili gələrək saxlamışdır. Bakı şəhər X9 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 ona yaxınlaşaraq sənədlərini istəmişdir. Ona ətraflı məlumat vermədən, etdiyi qayda pozuntusunu ətraflı izah etmədən ona İXP ******* nömrəli protokolu təqdim etmişdir. Sonradan məlum olmuşdur ki, ona 327.1-ci maddə ilə "5.9 Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" nişanının tələbinə riayət edilməməsinə; 342.6-cı nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi barədə inzibati xəta törətməyə görə cərimə (İXP ******* nömrəli protokol) yazılmışdır. xx.xx.2024-cü il tarixində isə yenidən xx.xx.2024-cü il tarixdə, saat 15:35-də Bakı şəhəri, Qara Qarayev prospektində eyni qayda pozuntusuna görə 327.1-ci maddə ilə “5.9 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” nişanının tələbinə riayət edilməməsinə görə bu dəfə isə, Baş X9 İdarəsi tərəfindən (video müşahidə kamerası ilə) cərimə olunmuşdur. (EQ 20163908 nömrəli inzibati tənbeh vermə haqqında qərar). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinin ədalətlilik prinsipinin, 9.2-ci bəndində “bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz” göstərilmişdir. Ona yazılan İXP ******* nömrəli protokoldan isə aydın olur ki, ona artıq 327.1-ci maddə ilə “5.9 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” nişanının tələbinə riayət edilməməsinə görə cərimə yazılmışdır. Göstərilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X9 İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 15:37 radələrində Bakı şəhəri, Qara Qarayev pr, 62 ünvanında “Toyota Camry” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən mobil telefonla danışaraq avtobus üçün ayrılmış zolağa daxil olduğu üçün kameraya düşmüş, həm xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla cərimə olunmuş, həm də, həmin ərazidə xidmət aparan yol patrul xidməti inspektoru tərəfindən cərimə edilmişdir. X2 barəsində eyni inzibati xətaya görə iki dəfə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 15:35-də idarə etdiyi “Toyota Camry” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qara Qarayev pr, 62 ünvanında hərəkətdə olarkən 5.9 yol nişanının tələbinə riayət edilməməsinə görə (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. - Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 15:37-də idarə etdiyi “Toyota Camry” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qara Qarayev pr, 62 ünvanında hərəkətdə olarkən nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə və 5.9 yol nişanının tələbinə riayət edilməməsinə görə (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) Azərbaycan Respublikası İXM-nin 342.6, 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə saat 15:35-də idarə etdiyi “Toyota Camry” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qara Qarayev pr, 62 ünvanında hərəkətdə olarkən telefonu əldə saxlayaraq ondan istifadə etməklə 5.9 yol nişanının tələbinə riayət etməyərək ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağa daxil olmuşdur. Buna görə də, inzibati xətaları vizual aşkarlamış Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 342.6, 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmiş, eyni zamanda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Bununla da X2 barəsində eyni inzibati xətanın, yəni 5.9 yol nişanının tələbinə riayət edilməməsinə görə (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) iki dəfə inzibati tənbeh tətbiq edilməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında X2 eyni inzibati xətaya görə barəsində təkrar inzibati tənbeh tətbiq edilməsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1987/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1987/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver