Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1990/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru polis leytenantı X2, zərərçəkmiş şəxs polis serjantı, Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin DYPŞ Yol Patrul Xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 12 may 1993-cü il tarixdə Lerik rayonu, Laman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: 16 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 16 aprel 2024-cü il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Nizami rayon, Mikayıl Əliyev küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru polis leytenantı X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs poliş əməkdaşına tabesizlik göstərmiş, polis əməkdaşları tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-yə gətirilmiş və onun barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən halların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol üzrə zərərçəkmiş şəxs polis serjantı, Bakı şəhəri, Nizami rayonu, Polis İdarəsinin DYPŞ Yol Patrul Xidməti inspektoru X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində 1 nömrəli tras tədbiri zamanı xidmətdə olan zaman Şəxs yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət zolağına çıxmışdır. Ona hərəkətini dayandırılması bildirilmişdir. İş materiallarına əlavə edilən diskdəki görüntülərdən də aydın olur ki, Şəxs onun tələbinə tabe olmamış, ona və onun ailə üzvlərinə qarşı nalayiq ifadələrdən istifadə edərək söyüş söymüşdür. Yaxasından tutuduğu üçün yaxa kamerasına da ziyan vurmuşdur. O hətta Şəxs bildirmişdir ki, onu xidməti maşını ilə xəstəxanaya çatdıra bilər. Ailə vəziyyətinin nəzərə alınaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, atası onkoloji xəstədir. Atası həmin gün əməliyyat olmalı idi, bu səbəbdən atasını xəstəxanaya apararkən atasının yolda qanaxması olmuşdur. Atasının xəstəxanaya gec aparıldığı halda, həyatını itirmək təhlükəsi var idi. Hazırda atası xəstəxanada, koma vəziyyətindədir. Bu səbəbdən hadisə baş verdiyi vaxt özündə olmamışdır. Yolda olarkən X7 çağırılmış, atasını X7 maşınına yerləşdirdikdən sonra avtomobil ilə onun arxası ilə hərəkət edərkən polis onu saxlamışdır. Hadisə zamanı özündə olmadığı üçün hadisənin necə baş verdiyini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol üzrə Şahid verdiyi izahatında bildirmişdir ki, Şəxs onun bacısı oğludur. Səhər Şəxs atasını xəstəxanaya apararkən atasının daxili qanaxması olmuşdur. Onlar polis nəfərlərinə yaxınlaşaraq kömək istəmişlər. X7 maşını çağırmışlar. X7 maşını ilə xəstəni xəstəxanaya çatdıran zaman xəbər tutmuşdur ki, Şəxs polisə tabesizlik göstərmişdir. Şəxs affekt vəziyyətində olaraq bu əməli törətmişdir. O gəlib özü polislərdən üzr istəmişdir. Şəxs 4 aylıq balaca körpəsi vardır və o, günəmuzd işləyir, ailədə tək işləyən şəxs odur. Hazırda atası da xəstəxanadadır. Hələ də narkozdan ayılmamışdır. Onun özü də polisdən üzr istəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən səmimi peşmandır. Şəxs əməli törətdiyi zaman özündə olmamışdır və onun evində xəstəsi vardır. Evdə tək işləyən şəxs özüdür. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, məsuliyyətini yünügülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğində cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(007)-1990/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1990/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver