Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1996/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs, Nizami rayonu İcra Şöbəsinin icra məmuru X3 iştirakları ilə, 20 mart 1976-cı il tarixdə Türkiyə Respublikası, Kırıkkale şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 9, mənzil 32-də müvəqqəti yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 29 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs, ondan mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 16 noyabr 2017-ci il təvəllüdlü Ali və 31 iyul 2019-cu il təvəllüdlü Arasalpın saxlanılması üçün 10 dekabr 2021- ci il tarixdən başlayaraq, hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(007)-509/2022 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə aliment borcunu ödəməyərək icra sənədinin icrasını təmin etməmişdir Bununla Şəxs oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-1996/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərardan tələbkar Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2413/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-1996/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, onun aliment borcu barədə məlumatı olmamışdır, məlumatlı olduqdan sonra iki dəfə 400 manat, bir dəfə 200 manat olmaqla əsas borcundan ödənişlər etmişdir. Göstərilənləri nəzərə alaraq, barəsindəki inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs bildirdi ki, 10 aya yaxın müddətdir ki, icra vərəqəsi verilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm olaraq aliment borcu ödənilməmişdir. Hazırda 4000 manatdan artıq məbləğdə aliment borcu yığılmışdır, borclu tərəfindən bir dəfə 400 manat, bir dəfə 200 manat şəklində ödəmələr edilmişdir. Aliment borcunun birdəfəlik şəkildə ödənilməsini xahiş edir, hissə-hissə ödənilməsi ilə razı deyildir. Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-509/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, 16 noyabr 2017-ci il təvəllüdlü X9 və 31 iyul 2019-cu il təvəllüdlü X1 üçün, 10 dekabr 2021 -ci il tarixdən başlayaraq, hər uşaq üçün hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment xx.xx.1976-cı il tarixdə Türkiyə Respublikasının Kırıkkale şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tutulub, xx.xx.1992-ci il tarixdə Qubadlı rayonunun, Həkəri kəndində doğulmuş, Qubadlı rayonunun, Həkəri kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs oğlunun həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1996/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1996/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver