Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1999/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 08 dekabr 2023-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 08 dekabr 2023-cü il tarixdə “Volkswagen Jetta minik” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 08 dekabr 2023-cü il tarixli, EQ/ seriyalı, 18428716 nömrəli qərarla 300 manat məbləğində cərimə edilmişdir, dəbbə pulu ilə birlikdə ümumi borc 480 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin, ərazi yurisdiksiyasına aid edilmiş Bakı şəhərinin rayon məhkəmələrinə ünvanlanmış “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə dair” 06 dekabr 2022-ci il tarixli 51/102 nömrəli metodik məktubunda qeyd edilmişdir ki, www.asanpay.az internet saytının “DYP cərimələri” bölməsində identifikasiya tipi üzrə “Protokolun nömrəsinə görə axtarış” edib inzibati xəta haqqında protokolun seriyası və nömrəsinə dair məlumat daxil etməklə inzibati xətanı törətmiş şəxs tərəfindən cərimənin və digər ödənişlərin ödənilib-ödənilməməsi barədə məlumat əldə etmək olar... Materialın məhkəmə icraatının mümkünlüyü məsələsi 16 aprel 2024-cü il tarixdə müvafiq qaydada yoxlanılarkən Şəxs, onun barəsində tətbiq olunmuş inzibati cərimə məbləğini və hesablanmış dəbbə pulunu ödəmədiyi aşkar olunduğuna görə material baxılması üçün məhkəmənin icraatına qəbul edilmiş, 01 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasının təşkili zamanı həmin qaydada təkrarən yoxlama zamanı 28 mart 2024cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş eyni, yəni 08 dekabr 2023-cü il tarixli, EQ/ seriyalı, 18428716 nömrəli qərarın artıq həmin şəxsin deyil, X1 adına qeydə alındığı müəyyən edilmişdir. Belə olan halda, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş inzibati xəta haqqında qərar mərkəzi informasiya sistemində aşkar olunmadığına görə həmin qərar üzrə şəxsin təqsirlilik məsələsinin həlli mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində baxılan işin əsasını təşkil edən inzibati xəta haqqında protokol mövcud olmadığına, təqdim olunmuş sübutlar əsasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 28 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1999/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1999/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver