Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2000/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, ünvan 1-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə Müəyyən Etdi: Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən tərtib edilmiş 16 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2138/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 2(007)-2434/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs tərəfindən müvafiq icra sənədlərinə əsasən yaranmış öhdəliklər vaxtında icra edilməmişdir. Lakin qeyd olunan inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmaması, yaxud təritb edilmiş materialın natamam olması və işə baxılarkən onun tamamlanmasının mümkün olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olubolmamasını, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcudluğunu, inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, işin icraatını rədd edən halların mövcud olub-olmaması və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması və s. məsələləri həll etməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2138/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə və 2(007)-2434/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmışdır. Müvafiq icra sənədləri üzrə borclu Şəxs icra sənədində qeyd edilən ünvan 1 ünvanında yaşamadığı üçün icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə "borclunun axtarılması haqqında” qərar qəbul edilmiş və borclu Şəxs barəsində xx.xx.2024-cü il tarixdə 82370 nömrəli axtarış işi açılmışdır. Müvafiq axtarış qərarı xx.xx.2024-cü il tarixdə icra edilmişdir. İşin qeyd edilən hallarında aydın olur ki, borcluya “tələbin könüllü icrası haqqında” bildiriş həmin tarixdə təqdim edilmiş və icra sənədi üzrə tələbi könüllü icra etməyəcəyi halda inzibati və cinayət məsuliyyəti daşımağı barədə həmin tarixdə xəbərdar edilmişdir. Borclunun xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsində verdiyi izahatdan da görünür ki, borclu icra sənədi üzrə tələb edilən məbləği ödəməkdən imtina etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Belə olan halda məhkəmə qeyd edir ki, borcluya tələbin könüllü icra üçün icra məmuru tərəfindən verilmiş vaxt gözlənilməli, müvafiq icra tədbirləri görülməli və qanunla müəyyən edilmiş vaxt ərzində icra sənədi üzrə tələb üzrsüz səbəbdən icra edilmədiyi halda borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana və vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 1-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati material düzgün tərtib olunmadığına, tərtib edilmiş material natamam olduğuna və işə baxılarkən onun tamamlanması mümkün olmadığına görə həmin material onu tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrinə əsasən, məhkəmə Qərara Aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material onu tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Starə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-2000/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2000/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver