Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2001/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, tərcüməçi X1 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Rusiya Federasiyası, Tambov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 22 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 16 iyun 2022-ci il tarixdə saat 15:02 radələrində etibarnamə olmadan idarə etdiyi “X6 yük” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ilə 30-40 km/saat sürətlə hərəkət edib baş yol hesab olunan Ə.Vəliyev küçəsinə daxil olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının” tələbinə əməl etməyib sağ tərəfdən yolayrıcına 40-50 km/saat sürətlə daxil olan X2 idarə etdiyi “Hyundai Veloster” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyiundai Veloster” markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 16 iyun 2022-ci il tarixdə saat təxminən 15:02 radələrində idarə etdiyi “Ford Tranzit” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, K.Balakişiyev küçəsi ilə üzü Ə.Vəliyev küçəsi istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkət edib Ə.Vəliyev küçəsinə çıxmaq istəmiş, yolun kənarındakı şam ağacı ona yolu görməyə maneçilik törətdiyindən baş yola çıxan anda öz yolu ilə hərəkətdə olan “Hyundai” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobildə olan sərnişin və özünün avtomobilində olan həyat yoldaşı xəsarət almışlar. Digər avtomobili idarə edən şəxsin isə avtomobilinin qiyməti 16-17 min manat olduğu halda ondan ziyan kimi əsassız olaraq 13 min manat tələb edir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, 16 iyun 2022-ci il tarixdə saat təxminən 15:02 radələrində idarə etdiyi “Hyundai Veloster” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Ə.Vəliyev küçəsi ilə təxminən 40-50 km/saat surətlə üzü “Lukoyl” yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkətdə olduğu zaman gözləmədiyi anda ondan sol tərəfdən, yəni K.Balakişiyev küçəsindən onun hərəkətdə olduğu baş yola “Ford Tranzit” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil gözləmədən onun yoluna çıxmış və avtomobillər arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində ona 13200 manat məbləğində maddi ziyan dəymiş, sərnişin kimi yanında əyləşmiş əmisi oğlu Zərərçəkmiş şəxs isə yüngül xəsarət almışdır. Lakin hər ikisinə dəymiş ziyan ödənilməmişdir, şikayətçidirlər. Təhqiqat zamanı dindirilən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 16 iyun 2022-ci il tarixdə saat təxminən 15:02 radələrində əmisi oğlu Elsevərin idarə etdiyi “Hyundai Veloster” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Ə.Vəliyev küçəsi ilə saatda təxminən 40-50 km surətlə üzü “Lukoyl” yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkətdə olduqları zaman qəflətən gözləmədikləri anda Elsevərin idarə etdiyi avtomobilin sol tərəfindən, yəni K.Balakişiyev küçəsindən onların hərəkətdə olduqları baş yola gözləmədən çıxan “Ford Tranzit” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil yola çıxdığı anda toqquşma baş vermiş, hadisə nəticəsində avtomobilə maddi ziyan dəyməklə yanaşı o, müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İşdə olan canlı şəxsin ekspertizasına dair 06 iyul 2022-ci il tarixli 496 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol qaşüstü nahiyənin əzilmiş yarası, hər iki gözaltı nahiyənin qançırları, qaşarası nahiyənin və burnun sıyrıqları xəsarətləri olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 avqust 2022-ci il tarixli 8/1724 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford Transit” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələrinin tələblərinə əsasən “Ford Transit” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim olunması məqsədilə RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2001/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2001/2022
13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver