Məhkəmə qərarları › İş №3(007)-201/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-201/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-201/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X7, zərərçəkmiş şəxslər X1 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx xxxx 1973-cü ildə Qazax rayonu, Qıraq Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 10 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında aralarında baş vermiş mübahisə zamanı, arvadı X3 və qızı X4 qəsdən döyərək, zərərçəkmişlərin sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. 06 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X10 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X10 bildirdi ki, Şəxs 10 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında aralarında baş vermiş mübahisə zamanı, arvadı X3 və qızı X4 qəsdən döyərək, zərərçəkmişlərin sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı üzrə cinayət işinin başlanması, Şəxs əməlində cinayət tərkibi olmadığına görə rədd edildikdən sonra toplanmış materiallar inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona verilmişdir. 06 yanvar 2023-cü il tarixdə o, həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, 10 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində o, yaşadığı ünvan 1 ünvanında əri Fuadın, qızı Sofiyanı baş nahiyyəsindən vurduğunu və qolundan tutduğunu görmüş, Fuada yaxınlaşdıqda Fuad onu başından vurmuşdur. Bundan sonra qızı Nüşabə polisə zəng etdiyini bildirmiş, Fuad onları ölümlə hədələmiş, onu sinə nahiyyəsindən təpiklə vurmuşdur. Daha sonra polis əməkdaşları Fuadı polis bölməsinə aparmışlar. Buna görə də, H.Ş.İsgəndərova, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında bildirdi ki, 10 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində o, yaşadığı ünvan 1 ünvanında dərs oxuyarkən, atası ilə anası arasında mübahisə yarandığını eşitmişdir. Mübahisəyə onun atası Şəxs bacısı Sofiyanı vurması ucbatından anası Hasilə İsgəndərovanın reaksiya verməsi səbəb olmuşdur. Atası ilə anasının arasına girmək istəyərkən, atası əvvəlcə onu boğazından tutmuş, daha sonra onun polisə zəng etmək istədiyini bildikdə isə onun qolundan və baş nahiyyəsindən vurmuş, daha sonra polisə zəng etmək istədiyi üçün onu ölümlə hədələmişdir. Bundan başqa, atası əsəbi olanda hirsini onlardan çıxır. Buna görə də, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü qismən təqsirli bilərək göstərdi ki, o, qızı Sofiyanın dodaq boyası çəkməsinə görə sonuncuya öz iradını bildirmiş, bu zaman zərərçəkmişlər onun üzərinə hücum etmişlər. O, bu zaman təpiklə arvadı X3 vurmuşdur. Bundan başqa, o, balta ilə nə qızını, nə də arvadını hədələməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar 25-ci Polis Şöbəsinin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsləri, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə- həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslərlə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar