Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2013/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu Qara Qarayev PR, ev 1, mənzil 46 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 60.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx"ASC-də olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 60.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməsə də, məhkəmə iclası barədə məlumatlı olmuş və nümayəndəsi iş materialları ilə tanış olarkən, iş materiallarına "xxxx" ASC-nin Şəxs MMC-yə ünvanladığı xx.xx.2022-ci tarixli məktubunu və köçürmə sənədlərini əlavə etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Şəxs MMC-yə” ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən “X1 Hizmetleri ve Tas.dis Ticaret LTD.” şirkətinə xx.xx.2020-ci il tarixdə 60.000 ABŞ dolları avans köçürmə olmuşdur. Bu avans köçürməsi xx.xx.2022-ci il tarixdə 19.964.95 ABŞ dolları , xx.xx.2022-ci il tarixdə 8991 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 31.000 ABŞ dolları banklarındakı AZ07AİİB**********1000007 saylı hesabınıza geri qayıtmış vəsait ilə tam bağlanmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş 60000 ABŞ dolları məbləğində valyutadan 19964.95 ABŞ dolları xx.xx.2022 ci il tarixdə geri qaytarıldığından məsuliyyət yaratmir. Belə ki, məsuliyyətin yaranması üçün müəyyən edilmiş müddət xx.xx.2022-ci il tarixdə bitir. İşə əlavə olunmuş köçürmə sənədinə əsasən 19.964.95 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş, lakin 20-21 avqust qeyri iş günləri olduğundan həmin vəsait "xxxx" MMC-nin bank hesabına 22 avqust 2022-ci il tarixdə oturmuşdur. Digər məbləğ 31.000 ABŞ dolları xx.xx.2022-ci il tarixdə və 8991 ABŞ dolları xx.xx.2022-ci tarixdə ölkəyə geri qaytarılsa da, inzibati məsuliyyət aradan qalxmır. Çünki valyuta xaricə xx.xx.2020-ci il tarixdə köçürülmüşdür. Həmin valyutaya görə inzibati məsuliyyətin yaranması üçün müəyyən edilmiş 02 ilik müddət xx.xx.2022-ci ildə tamam olur. Ona görə də həmin tarixədək ya mallar ölkəyə idxal edilməli, ya xidmət göstərilməli, ya da valyuta həmin tarixədək geri aqytarılmalı idi. Həmin tarix tamam olarnda, artıq şəxsin əməlində inxibati xəta tərkibi yaranmış olur. Ona görə də 02 il tamam olandan sonra, yəni inzibati xəta törədildikdən sonra valyutanın ölkəyə geri qaytarılması, şəxsin inzibati məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci il tarixdə edilmiş dəyişiklikdən sonra həmin bənddə nəzərdə tutulmuş müddət 02 il müəyyən edilmişdir. Həmçinin geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri həyata keçirilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin .xx.xx.2022-ci il tarixli, 13002-01/58 saylı məktubu və köçürmə sənədləri ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 40.035.05 ABŞ dollarının 20%-i məbləğində, yəni 8007.01 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2013/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2013/2022
13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver