Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2030/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 16 avqust 2022ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 16 avqust 2022ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 05 avqust 2022-ci il tarixdə saat 15:25 radələrində YPX onun idarə etdiyi **-DJ-*** dövlət qeydiyyat nömrəli Mercedes markalı avtomobili saxlamış, ona yol hərəkəti qanunlarını pozduğunu iddia etmiş, o isə qayda pozmadığını bildirmişdir. Daha sonra YPX İXP ******* nömrəli protokol tərtib etmiş və protokolun bir nüsxəsini ona təqdim etmişdir. Daha sonra Asanpay elektron kabinet vasitəsilə protokola iştirakı olmadan qərar çıxarılmaması barədə məktub ünvanlamışdır. Lakin DYPİ polis kapitanı X1 qanunları kobud şəkildə pozaraq şikayətinə heç bir məhəl vermədən, iştirakını təmin etmədən yazılan protokola qərar çıxarmışdır. İXP ******* nömrəli protokola əsasən çıxarılmış TP ******* nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun iştirakı olmadan protokola baxılmış, saxlanıldığı yerdə videogörüntü ilə tanış edilməmişdir. YPX əməkdaşları tərəfindən vəzifədən sui-istifadə edilmişdir. Babək prospektinə dönəndə “stop” yol nişanı vardır, o, həmin yerdə sola, sonra sağa dönərək manevr etmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur, inzibati qaydada tənbeh olunması barədə qərar ləğv edilməlidir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin İİİ hissəsinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. Həmin maddənin V hissəsinə əsasən yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. X2 özünün də etiraf etdiyi kimi, o, Bəhruz Nuriyev küçəsində sola döndükdən sonra sağa dönmüş, bununla da yol nişanlarının tələblərinə əməl etməmişdir. Hansı ki, o, sağa deyil, məhz sola və geriyə dönə bilərdi. Digər yandan, inzibati xəta vizual formada aşkar edilmiş, İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. X4 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş 20 gün ərzində yuxarı səlahiyyətli orqana şikayət verə bilərdi və müvafiq vəzifəli şəxs tərəfindən şikayətə baxılıb araşdırıla bilərdi. Lakin həmin şəxs tərəfindən belə bir müraciət olmamışdır. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 16 avqust 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi Müşayiət Eskort Bölüyünün YPX inspektoru tərəfindən tərtib olunmuş 05 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 05 avqust 2022ci il tarixdə saat 15:23-də “Mercedes C200 CDİ minik” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında idarə edərkən yol nişanlarının tələblərinə riayət etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 16 avqust 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 05 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, yol nişanlarının tələblərinə riayət edilməməsinə görə, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 65-ci maddəsinin İİİ və V hissələrinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 05 avqust 2022-ci il tarixdə saat 15:23-də “Mercedes C200 CDİ minik” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, B.Nuriyev küçəsində hərəkətdə olarkən yol nişanlarının tələblərinə əməl etməmiş, sola dönmə əməliyyatını həyata keçirdikdən sonra, icazə verilmədiyi halda, sağa dönmə əməliyyatı həyata keçirmiş, bununla da yol hərəkəti haqqında qanunun tələblərini pozmuşdur ki, bu da inzibati məsuliyyətə səbəb olmuşdur. X2 şikayətində irəli sürdüyü dəlillər subyektiv fikirləri olmaqla, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 16 avqust 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2030/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2030/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver