Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2043/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib olunmuş 01 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2 göstərmişdir ki, protokolun məhkəməyə göndərilməsindən sonra, 29 sentyabr 2022-ci il tarixdə borclu Şəxs 22 mart 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli və 07 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarlar üzrə cərimə məbləğlərini ödəyərək həmin icra sənədlərinin icrasını təmin etmişdir. Borclu digər icra sənədi üzrə borcunu da ödəmək istəmiş, lakin 19 iyul 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli qərar elektron sistemdə aşkar olunmadığına görə həmin qərar üzrə cərimənin ödənilməsi mümkün olmamışdır. Qərarı qəbul etmiş 24-cü polis şöbəsinə problemin aradan qaldırılması üçün müraciət olunsa da, hal-hazıradək problem həllini tapmamışdır. Qərar sistemə daxil edilən kimi ödəniş olacaqdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas, borclu Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanların qərarlarının (03 ədəd) qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi olmuşdur. Hansı ki, borclu üç ədəd icra sənədindən ikisinin icrasını təmin etmişdir, lakin digər icra sənədinin icrasının təmin edilməsinin mümkün olmaması onun təqsiri üzündən baş verməmişdir, həmin qərar onu qəbul edən orqan tərəfindən elektron sistemə daxil edilmədiyinə görə ödənilməli olan məbləğ sistemdə öz əksini tapmamışdır. Qərarı qəbul edən həmin problem barədə məlumatlandırılmış, qısa müddətdə həllini tapacağı bildirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, işə məhkəmədə baxılması üçün əsaslar qalmamışdır, ona görə də işə mahiyyəti üzrə baxılmadan material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş 01 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2043/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2043/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver