Məhkəmə qərarları › İş №3(007)-2046/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2046/2022

06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2046/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş KYP400028 saylı inzibati protokola və Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(007)-258/2016 nömrəli qərarına xitam verilməsi barədə Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vətəndaş Şəxs tərəfindən KYP214648 saylı inzibati protokolun 50 manat cəriməsi dəbbə pulu ilə birlikdə 80 manat tam ödənildiyini bildirmiş və səbəbdən, İXM-nin 529.3-cü maddəsi ilə barəsində olan KYP400028 saylı inzibati protokola və Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-258/2016 nömrəli qərarına "xitam” verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında iş materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur. Ona görə ki, məhkəməyə təqdim edilmiş materiallarda inzibati xəta haqqında protokol mövcud olmamışdır. Halbuki, İXM-in 103-cü maddəsinə əsasən tərtib edildikdən sonra protokol baxılması üçün məhkəməyə göndərilir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs 50 manat cəriməsi dəbbə pulu ilə birlikdə 80 manat məbləğində cəriməni KYP214648 saylı inzibati protokol üzrə ödəmişdir. Halbuki, Şəxs barəsində KYP400028 saylı inzibati protokol tərtib edilmiş və Suraxanı Rayon Polis İdarəsi tərəfindən KYP400028 saylı inzibati protokolun ləğvi xahiş edilmişdir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında material və əlavə edilmiş sənədlər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə geri qaytarılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar