Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2075/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 07.07.2021-ci il tarixdə saat təxminən 10 radələrində H.Əliyev prospektində hərəkətdə olan “Land Rover” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə “Mercedes” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən, ikinci avtomobil isə alınan zərbənin təsirindən irəli hərəkət edərək qarşıda hərəkətdə olan “BMW-525” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən, sonuncu avtomobil isə irəlidə hərəkət edən “Toyota Camry” markalı , **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində “BMW-525” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH inspektoru, polis leytenantı X4 tərəfindən 28.07.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 07.07.2021-ci il tarixdə saat təxminən 10 radələrində özünə məxsus olan idarə etdiyi “Land Rover” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospektində əsas yolda sol 1-ci zolaqda üzü şəhər istiqamətində 60 km/sat sürətlə hərəkət edən zaman irəlidə hərəkət edən “Mercedes” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil əyləci basmış və o da əyləci bassa da idarə etdiyi avtomobilin qabaq hissəsi ilə “Mercedes” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi toqquşmuşdur. Zərbənin təsirindən “Mercedes” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil irəli hərəkət edərək “BMW-525” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və “BMW-525” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Qohumları Zərərçəkmiş şəxs “Mediland” xəstəxanasına aparmışlar. Həmin vaxt yolda təmir işləri aparılırdı. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/19064 saylı, 07.07.2021-ci il tarixli protokoldan görünür ki, 07.07.2021-ci il tarixdə saat 16:11-də müayinə olunan Şəxs ayıqdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 08.07.2021-ci il tarixli, 573 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol qaşın əzilmiş yarası və sağ üst göz qapağının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 07.07.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17.07.2021-ci il tarixli, 8/1634 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Land Rover” markalı, 99LS123 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Mercedes Benz 200” markalı, 10RL028 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Təhqiqat tərəfindən verilən məlumatlara əsasən “BMW-525İ” markalı, 99DC485 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Toyota Camry” markalı, 99PS957 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. - AD seriyalı, 169654 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 31.05.2014-cü il tarixdən 31.05.2024-cü il tarixədək etibarlı olan “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - AE seriyalı, 122574 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Land Rover” markalı, 99LS123 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Şəxs məxsusdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23.07.2021-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 07.07.2021-ci il tarixdə idarə etdiyi “Land Rover” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat təxminən 10 radələrində H.Əliyev prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq “Mercedes” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması, ikinci avtomobilin isə alınan zərbənin təsirindən irəli hərəkət edərək qarşıda hərəkətdə olan “BMW-525” markalı, **- DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən, sonuncu avtomobilin isə irəlidə hərəkət edən “Toyota Camry” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və hadisə nəticəsində “BMW-525” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət alması proses iştirakçısının izahatı, ekspert rəyləri və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2075/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2075/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver