Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2079/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X1, Bakı şəhər Probasiya idarəsinin böyük icra məmuru X2 iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 12 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən borclu Şəxs Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin onun Azərbaycan Respublikası İXM-nin 211.1 -ci maddəsi ilə inzibati qaydada 200 manat cərimə edilməsinə dair 10 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-182/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 (bir yüz səksən) saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilmiş, Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablanması qərara alınmışdır. Lakin Şəxs məhkəmə qərarının icrası ilə bağlı Bakı Şəhər Probasiya İdarəsinə gəlməkdən yayınmışdır. Bununla bağlı Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru X5 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinə təqdim edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, Probasiya İdarəsindən göndərilən məktublar onun yoldaşına verilmiş, birbaşa olaraq özünə təqdim edilməmişdir. Yoldaşı həmin məktubu itirdiyinə görə ona çatdıra bilməmiş, nəticədə o, həmin məktub və bildirişlərdən xəbərsiz olmuşdur. Sonda Şəxs göstərilənləri nəzərə alaraq, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X6 məhkəmə iclasında bildirdi ki, Bakı şəhər Probasiya İdarəsindən tərəfə göndərilən məktublar bilavasitə ona deyil, yoldaşına verilmişdir. Beleləliklə, məktublar rəsmi qaydada tam olaraq alınmış hesab edilmir. Qeyd edilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə probasiya idarəsinə dəvət edilmiş, müxtəlif bəhanələrlə icradan yayınmış, bununla da üzrsüz səbəbdən məhkəmə qərarını icra etməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-182/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 (bir yüz səksən) saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilmiş, Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Bakı şəhər Probasiya idarəsinin böyük icra məmuru X5 tərəfindən xx.xx.2022ci il tarixində icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi və könüllü icra barədə bildirişlə xx.xx.2022-ci il tarixdə arvadı Seyidməmmədova Günel vasitəsilə xəbərnaməyə imza etdirilməklə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin məcburi gətirilməsi” barədə qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs qeydiyyata alınması üçün məcburi qaydada Bakı Şəhər Probasiya idarəsinə gətirilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya idarəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, borclu- Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı Şəxs 180 saat müddətinə içtimai işlər növündə tənbeh tədbirinin çəkilməsi üçün ona tətbiq edilmiş elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq ilə əlaqədar olduğunu, həmin xətaya görə inzibati həbs nəzərə tutulduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinərək, 24 (iyirmi dörd) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2079/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2079/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver