Məhkəmə qərarları › İş №3(007)-2080/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2080/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2080/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X8 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X4, zərəçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X9 iştirakları ilə, xx.xx.1965-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, evli, Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Nizami rayon Polis İdarəsi 24cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X1 xx.xx.2022-ci il tarixdə “Quba” kafesinin qarşısında saxladığı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili, Şəxs idarə etdiyi **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuş, bu səbəbdən yaranmış mübahisə nəticəsində Şəxs X3 yumruqla zərbə yetirmişdir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxs X6 məhkəməyə verdiyi izahatında göstərdi ki, iş yerinin qarşısında maşınını saxladığı zaman qəfil səs gəlmiş, Ə.Fikrət avtomobilini dayandığı vəziyyətdə arxadan vurmuş, sonra hadisə yerindən qaçmışdır. O, maşını saxlatdırmış, nömrəsini götürməyə çalışanda önünə keçib icazə verməyərək, yumruqla itələmiş və fiziki zərbələr endirmişdir. Amma o, nömrəni götürmüşdür. Bu barədə kamera görünütüləri və şahidlər vardır. Şikayətçidir və AR İXM-nin 157-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməməsini bildirərək, göstərdi ki, o, 8-ci km bazarı ərazisində “Quba” kafesinin qarşısında hərəkət edərkən, qəfil səs gəlmiş, maşını saxladıqda gömüşdür ki, avtomobili vurulub. Məmmədova Mətanət maşından enərək onu təhqir etmiş, lakin o öz növbəsində ona narahat olmamasını, sığortanın vurulmuş maddi ziyanla bağlı məsələləri həll edəcəyini bildirsə də, Məmmədova Mətanət avtomobilin nömrəsini çəkməyə çalışmışdır. Ona əl qaldırmamış, heç bir fiziki zərər yetirməmişdir. Səhhətində problemlər olduğu üçün hadisə yerini tərk edib getmişdir. Barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmə iclasında bildirmişdir ki, iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda 733 saylı xx.xx.2022-ci il tarixli məhkəmə tibb ekspertizasının rəyinə istinad olunsa da, iş materiallarında ayrıca ekspertiza rəyinə rast gəlinməmişdir, hadisəni görən şahid yoxdur, protokolu tərtib edən şahid deyildir. İş üzrə meteriallar tam olmadığı üçün işin geri qaytarılmasını xahiş etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X12 məhkəməyə verdiyi izahatında bildirdi ki, X1 xx.xx.2022-ci il tarixdə Quba kafesinin qarşısında saxladığı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəxs idarə etdiyi **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuş, bu səbəbdən yaranmış mübahisə nəticəsində Şəxs X3 yumruqla zərbə yetirmişdir. Şikayət əsasında həmin iş üzrə xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla materiallar şəxsin inzibati məsuliyyət məsələsinin həlli üçün ona verilmişdir. O da həmin materiallar əsasında hazırkı protokolu tərtib etmişdir. Şəxs həmin əməli törətməsi Nizami RPİ 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı Ramil Mehdiyevin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı ilə də təsdiq edilir. Həmin qərarla Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat açılması üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmin qərarda istinad edilmiş 733 saylı xx.xx.2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunur ki, X2 bədən səthində sağ bazunun arxa-bayır səthinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətin xx.xx.2022-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:15-də tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini ədalətli hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X7 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş şəxs Şəxs dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X7 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar