Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2089/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 14 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 51886.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğdən 51886.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs MMC-nin nümayəndəsi (vəkili) – Vəkil xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdi ki, bank tərəfindən protokol tərtib olunarkən MMC-nin iştirakı təmin olunmamışdır və bank tərəfindən göndərilən məlumatlar düzgün əsaslandırılmamışdır. Orada konkret olaraq qeyd olunmuşdur ki, 51886.00 ABŞ dollarının bəyan edilməyən hissəsi 22745.00 ABŞ dolları təşkil etmişdir. 29141.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar protokol tərtib olunarkən artıq ölkəyə idxal olunmuşdur. Qalan 22745.00 ABŞ dolları məbləğində vəsait isə daha sonra bəyan olunmuş, həmin məbləğə dair mallar xx.xx.2025-ci il tarixli bəyannamə ilə ölkəyə idxal olunmuşdur. Hazırda cəmi 2505.00 ABŞ dolları məbləğində vəsait açıq qalmışdır. Lakin bu hallar Mərkəzi Bank tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən, inzibati xəta haqqında materialın yenidən araşdırılma aparılması üçün Mərkəzi Banka geri qaytarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, mallar müddət keçdikdən sonra ölkəyə idxal olunsa belə, məhkəmədə işə baxılan zaman inzibati xəta hadisəsi aradan qalxmışdır. Protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə yazılı qaydada müraciət edərək bildirmişdir ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli 51886.00 ABŞ dolları avans köçürməsinin idxal edilməyən vəsaiti 22745.00 ABŞ dolları təşkil edir. MMC tərəfindən təqdim edilmiş yük gömrük bəyannaməsinə münasibətdə qeyd etmişdir ki, təqdim edilmiş xx.xx.2025-ci il tarixli, **********6302 saylı və 20240.00 ABŞ dollar dəyərində yük gömrük bəyannaməsi (YGB) avans (qabaqcadan ödənilən vəsait) köçürməsi ilə uyğunluq təşkil etsə də, mallar xx.xx.2025-ci il tarixdə ölkəyə idxal edilmişdir. Yəni müqavilə çərçivəsində mallar inzibati xəta tərkibi yarandıqdan sonra idxal edilmişdir. Odur ki, "xxxx" MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi **********6302 nömrəli gömrük bəyannaməsinə əsasən mallar xx.xx.2025-ci il tarixdə ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, MMC tərəfindən 51886.00 ABŞ dolları məbləğində vəsaitin 29141.00 ABŞ dolları hissəsi hesabına alınan mallar protokol tərtib olunarkən artıq ölkəyə idxal edilmiş, bəyan edilməmiş 22745.00 ABŞ dolları məbləğində vəsait qalmışdır. Bunu "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubu da sübut edir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC-nin nümayəndəsinin 20240.00 ABŞ dolları məbləğ hesabına idxal olunmasını iddia etdiyi mallar xx.xx.2025-ci il tarixdə, yəni qanunvericiliklə malların idxal olunması üçün müəyyən olunmuş 02 il müddət keçdikdən və inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra ölkəyə idxal olunmuşdur. Həmçinin bununla belə yenə də MMC tərəfindən tam məbləğ bağlanmamış, 2505 ABŞ dolları vəsait hesabına alınan mallar ölkəyə heç bir halda idxal olunmamışdır. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, protokolun tərtib olunmasına əsas verən 51886.00 ABŞ dolları məbləğində vəsaitin 22745.00 ABŞ dolları hissəsi bağlanmamışdır. Bununla da, Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, KB-83/2-83/2025 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 22745.00 ABŞ dollarının 20%-i məbləğində, yəni 4549.00 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2089/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2089/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver