Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2092/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X9, zərərçəkmiş şəxs (mərhum) X4 hüquqi varisi (həyat yoldaşı) X2 nümayəndəsi (oğlu) X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 38, mənzil 104-də qeydiyyatda olan, "xxxx" X1i təmsilçisidirektoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 09 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ev 43, mənzil 4 olan "xxxx" X1i təmsilçisi-direktoru vəzifəsində işləyən Şəxs, Bakı şəhəri, Xətai rayonu, 2942A məhəllə ünvanında, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa edilən yaşayış binasının 4-cü girişinin 1-ci mərtəbəsində yerləşən 80 kv.metr qeyri-yaşayış sahəsinin "xxxx" X10 tərəfindən X6 təhvil verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli 2(011)-7324/2016 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə qeyri-yaşayış sahəsini tələbkara (onun hüquqi varisinə) təhvil verməyərək icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədi Bakı şəhəri Xətai rayon icra şöbəsinin icraatında olarkən, icra məmurunun 25 may 2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə tələbkar (vəfat etmiş) X4 hüquqi varisi tələbkarın həyat yoldaşı X7 ilə əvəz edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X11 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində vəzifəli şəxs qismində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, 2942A məhəllə ünvanında, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa edilən yaşayış binasının 4-cü girişinin 1-ci mərtəbəsində yerləşən 80 kv.metr qeyri-yaşayış sahəsi "xxxx" X10 tərəfindən X6 təhvil verilməli olsa da, sözügedən yaşayış binasında faktiki olaraq 4-cü giriş mövcud deyil, bina cəmi 3 girişdən ibarətdir. Xətai Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən özü iştirak etməmişdir, həmin dövrdə müəssisənin rəhbəri olmamışdır, müəssisənin sabiq rəhbəri vəfat etmişdir. O, yaranmış vəziyyətlə bağlı qətnaməyə izah verilməsi üçün həmin qətnaməni çıxarmış məhkəməyə müraciət etmək fikrindədir. Belə ki, binanın qanunla müəyyən olunmuş qaydada təsdiq edilən sxemi ilə də təsdiq olunur ki, bina cəmi 3 girişdən ibarətdir, onun hansı sahəyə və kimə aid olan qeyriyaşayış sahəsini tələbkara verməli olduğu aydın deyil, ona görə icra sənədinin icrası da mümkünsüz sayılır. Belə olan halda isə, onun icrası qeyri-mümkün olan icra sənədinin icrasından qərəzli olaraq yayınması qənaətinə gəlinə bilməz. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 hüquqi varisi X2 nümayəndəsi X8 izahatında göstərmişdir ki, icra sənədi 2016-cı ildə verilmişdir, 2017-ci ildə də həmin icra sənədinin verilməsinə əsas olan rayon məhkəməsinin qətnaməsi apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. İcra sənədində qeyd olunan Bakı şəhəri, Xətai rayonu, 2942A məhəllə ünvanında, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa edilən yaşayış binası faktiki olaraq yerindədir, mövcuddur. Sadəcə olaraq layihədə nəzərdə tutulan və qeyri-yaşayış sahənin tələbkara məxsus olması barədə müqavilədə əksini tapan 4-cü giriş layihədən çıxarılmış, öz əksini tapmamışdır. İndiyədək ötən müddətdə və məhkəmədə işə baxılarkən verilmiş vaxt ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiqinin nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, borclu "xxxx" X1i təmsilçisi-direktoru vəzifəsində işləyən Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir, icra sənədinin icrasının təmin edilməməsi vəzifəli şəxs Şəxs iradəsi üzündən baş verməmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli 2(011)-7324/2016 nömrəli icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, 2942A məhəllə ünvanında, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa edilən yaşayış binasının 4-cü girişinin 1-ci mərtəbəsində yerləşən 80 kv.metr qeyri-yaşayış sahəsi "xxxx" X10 tərəfindən X6 təhvil verilməlidir. Sözügedən binanın baş planından isə görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942A məhəllə ünvanında, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa edilən yaşayış binası cəmi 3 girişdən ibarətdir, binada fakitiki olaraq 4-cü giriş mövcud deyil, inşa edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud olmamaqla yanaşı, borclu qətnamənin icrasını həyata keçirməli olan icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmamışdır, onun hərəkətləri icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. O cümlədən borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, lakin onun məhkəmə aktının tələbini icra etməməsi, məhkəmə aktının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirməsi, bunda qərəzli olması ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir. Şəxsnın inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2092/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2092/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver