Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-21/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxsn (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs Publik hüquqi şəxs mülkiyyətində olan nəqliyyat vasitəsini xx xxxxxxx 2020-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn direktoru tərəfindən məhkəməyə yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Şəxsn barəsində tərtib edilmiş müvafiq protokol tamamilə əsassızdır və qanunvericiliyin tələblərinin kobudcasına pozulması ilə qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixində müəssisəyə daxil olan, daxilolma nömrəsi 79 olan sorğu xx xxxxxx 2020-ci il tarixində 109 nömrəli cavab məktubu ilə cavablandırılmışdır. Bu sənədin çatdırılması həmin tarixdə müəssisədə sürücü vəzifəsində çalışan X4 tərəfindən təmin edilmişdir və bu hal onun izahatında da əksini tapmışdır. Bu səbəbdən də İXM-nin 347-ci maddəsinin pozuntusu ilə müəssisə barəsində inzibati icraat başlanılması əsassız və qanuna ziddir. İXM-nin 100.2 və 100.3-cü maddələrinin tələblərinə də qətiyyən əməl edilməmiş, nəinki iş üzrə icraatın başlanması haqqında və hüquq və vəzifələri barədə məlumatlandırılmamışlar, hətta sözügedən protokol onlara təqdim edilməmişdir. Baxmayaraq ki, İXM-nin 57.1-ci maddəsində aydın şəkildə göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin pozuntusu ilə əlaqədar başlanılmış iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi X2 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, verilmiş yazılı etirazda qeyd olunanlarla razılaşmayıb əlavə olaraq göstərmişdir ki, Nizami RPİ-nin DYPŞ-nin Şəxs Publik hüquqi şəxsə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı “Fiat Doblo minik” markalı avtomobilin iştirakı ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində göndərilməsi barədə bildirişi xx xxxxxx 2020-ci il tarixdə səlahiyyətli şəxs tərəfindən alınmış, lakin icrası təmin edilməmişdir. Hətta, inzibati xəta haqqında protokol bir az gec, xx xxxxxx 2020-ci il tarixdə tərtib edilsə də, həmin müddətədək sorğuya cavab daxil olmamışdır. Yazılı etirazda göstərilənlərin isə əsası yoxdur, DYPŞ-nin dəftərxanası binanın birinci mərtəbəsində yerləşir, daxil olan sənədlər də orada qəbul olunur, digər əməkdaşların sənəd qəbul etmək səlahiyyəti yoxdur. Şəxsnə ünvanlanmış, yuxarıda qeyd etdiyi bildirişin icrası ilə əlaqədar hər hansı sənəd şöbəyə daxil olmamışdır. Şəxsn barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn nümayəndəsi Nümayəndə yazılı etirazın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, təqdim etdikləri sənədlərlə müəyyən olunur ki, DYPŞnin sorğusunun icrası tərəflərindən qanunla müəyyən edilmiş müddətdə təmin edilmişdir, onlar icranı təmin edəndə hələ inzibati icraat başlanılmamışdı. Hesab edirlər ki, hüquqi şəxs tərəfindən inzibati xətaya yol verilməmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X4 izahatında göstərmişdir ki, Şəxsn texniki dəstək şöbəsində sürücü işləyir. Nizami RPİ-nin DYPŞ-nə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubu xx xxxxxx 2020-ci il tarixdə Klinikanın kargüzarlıq şöbəsindən təhvil almış, iş yoldaşı Çingiz Sultanovla birlikdə Nizami RPİ-nin DYPŞ-nə getmişdir. Binanın ikinci mərtəbəsindəki otaqda əyləşən mülki geyimli, yaşlı bir nəfər şəxs məktubları onun qəbul etdiyini deyərək apardıqları məktubu almışdır. Həmin şəxsə məktubu almasına dair imza atmasını desə də, o, imza atmamışdır. Geri qayıdaraq Klinikanın kargüzarlıq şöbəsində məktubu təhvil verməsinə dair sənədi imzalamışdır. Məktubu verdikləri şəxsin adını, vəzifəsini bilməmişdir, onun oturduğu otaq nömrəsinə, otağın girişində hər hansı yazı lövhəsi olub-olmamasına diqqət etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X3 izahatında göstərmişdir ki, Şəxsn texniki dəstək şöbəsində sürücü işləyir. xx xxxxxx 2020-ci il tarixdə iş yoldaşı Fərid Bayramlı ilə birlikdə Nizami RPİ-nin DYPŞ-nə getmişdir. Fərid Bayramlı həmin şöbəyə məktub çatdırmalı olmuşdur. Binanın ikinci mərtəbəsinə qalxmışlar, oradakı otaqlardan birində bir nəfər şəxs məktubu alaraq kənara atmışdır. Fərid Bayramlı məktubu almasına dair imza atmasını desə də, həmin şəxs sənəd imzalamamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri Nizami RPİ-nin DYPŞsi tərəfindən Şəxs Publik hüquqi şəxsə ünvanlanmış bildirişdən görünür ki, Publik hüquqi şəxsə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı “Fiat Doblo minik” markalı avtomobilin iştirakı ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 17:02-də Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş xəbərnamənin surətindən görünür ki, sözügedən bildiriş poçt xəbərnaməsinə imza edilməklə xx xxxxxx 2020-ci il tarixdə çatdırılmışdır. Etiraza əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Şəxsn Bakı şəhəri Nizami RPİ-nin RYPŞ-nə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 109 nömrəli məktubunun surətindən görünür ki, 327778 nömrəli sorğuya cavab olaraq bildirirlər ki, hüquqi şəxsə aid ** PK *** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı nəqliyyat vasitəsini xx xxxxxxx 2020ci il tarixdə saat 17:02-də idarə edən həmin hüquqi şəxsdə sürücü vəzifəsində çalışan X4 olmuşdur. Tələbləri üzrə şəxsin sürücülük vəsiqəsi (surəti), şəxsiyyət vəsiqəsi (surəti), hüquqi şəxs tərəfindən verilmiş etibarnamə (surəti) təqdim edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs Publik hüquqi şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs Publik hüquqi şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi hərəkətsizlikdə ifadə olunur. Hansı ki, bu cür məlumatın səlahiyyətli orqan tərəfindən tələb olunması və hüquqi şəxs tərəfindən bununla bağlı sorğunun xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada alınması iş materilları ilə tam təsdiq olunur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən də təkzib olunmur. Həmin sorğunun qanunla müəyyən olunmuş müddətdə, yəni xx xxxxxx 2020-ci il tarixdə icra olunması iddia edilsə də, bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 100-cü bəndinə əsasən təşkilat daxilində sənədlərin çatdırılmasını struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirir. Göndərilən sənədləri isə təyinat üzrə kuryerlər çatdırırlar. Həmin Təlimatın 102-ci bəndinə əsasən daxil olan və göndərilən sənədlər, o cümlədən nəzarətdə olan və digər ən mühüm sənədlər hərəkətin bütün mərhələlərində, bir qayda olaraq, müvafiq kitabda müəyyən qeyd aparılmaqla qəbul edilir və təhvil verilir. Şəxsn Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin müvafiq sorğusuna xx xxxxxx 2020-ci il tarixli 109 nömrəli cavab məktubunun həmin DYPŞ-nə təhvil verildiyi iddia edilsə də, məktubun surətinə imza edilərək və ya Təlimatın 102-ci bəndində göstərildiyi kimi müvafiq kitabda qeyd aparılmaqla təhvil verilməsinə dair sübutlar mövcud deyildir. Bununla yanaşı müəyyən edilmişdir ki, Nizami RPİ-nin Dövlət Yol Polis Şöbəsinin kargüzarlıq bölməsi həmin şöbənin inzibati binasının birinci mərtəbəsində yerləşir. Hüquqi şəxsin işçiləri olan şahidlər sorğuya cavab məktubunu şöbənin inzibati binasının ikinci mərtəbəsindəki otaqda əyləşən şəxsə verdiklərini qeyd edirlər, hansı ki, həmin əməkdaşın şəxsiyyəti, vəzifəsi, sənəd qəbul etməkdə səlahiyyətli olması məlum deyil. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun adından verilmiş yazılı etirazda və nümayəndəsinin məhkəmə iclasında irəli sürdükləri dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Şahidlərin izahatlarına gəldikdə, nəzərə alınmalıdır ki, həmin şahidlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin işçiləri, tabelikdə olan şəxslərdir, işin faktiki müəyyən olunmuş halları baxımından onların izahatlarında irəli sürülən dəlillər də hüquqi şəxsin inzibati məsuliyyətdən yayındırılmasına cəhd etmə kimi qiymətləndirilməlidir. Belə olan halda, inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs Publik hüquqi şəxs tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 347-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs Publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla Publik hüquqi şəxsin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxsn barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Publik hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-21/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-21/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver