Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2110/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, “Tuna” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: “Tuna” Qapalı Səhmdar Cəmiyyəti xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət vermişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarından məhkəməyə şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Şikayətdən görünür ki, xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayət verilmişdir, hansı ki, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokoluna deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bundan başqa, şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol Kərimov Rövşən Əlibala oğlunun barəsində tərtib edilmişdir, lakin məhkəməyə müraciət həmin şəxsin işlədiyi müəssisənin rəhbərliyi tərəfindən edilmişdir. Halbuki, hüquqi şəxsin barəsində inzibati araşdırma başlanılmamış, hər hansı qərar qəbul edilməmişdir, inzibati xəta haqqında protokol fiziki şəxsin barəsində tərtib edilmişdir və həmin fiziki şəxs də hüquqlarına toxunduğunu hesab etdiyi müvafiq qərarı aidiyyəti, yəni özünün yaşayış yeri üzrə məhkəmədə mübahisələndirə bilərdi. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, “Tuna” Qapalı Səhmdar Cəmiyyətinin inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalı, QSC vasitəsi ilə Kərimov Rövşən Əlibala oğluna, barəsindəki inzibati xəta haqqında protokola onun iştirakı ilə baxılması barədə protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) yuxarı səlahiyyətli orqanına ərizə ilə müraciət etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 114, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “Tuna” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. “Tuna” Qapalı Səhmdar Cəmiyyəti vasitəsi ilə Kərimov Rövşən Əlibala oğluna, xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola onun iştirakı ilə baxılması barədə həmin protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) yuxarı səlahiyyətli orqanına ərizə ilə müraciət etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ izah edilsin. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2110/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2110/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver