Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2111/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X1, Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Tər-Tər şəhərində anadan olmuş, Tər-Tər şəhəri, M.F.Axundov küçəsi, ev 35 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 00:15-də Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 66 ünvanında hərbi rejim qaydalarını pozmaqla polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 00:15-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “LADA 21214 Urban” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, digər yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X.İ.Hüseynəliyev tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli və Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı A.İ.Bayramov tərəfindən xx.xx.2020-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X6 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ölkə ərazisində tətbiq edilmiş komendant rejimi ilə bağlı təyin olunmuş Q.Qarayev prospekti 92 ünvanında postda xidmətdə olarkən saat 00:15-də “Niva” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü stasionar postda saxlanılmışdır. Avtomobildə 4 nəfər şəxs olmuşdur. Avtomobilə baxış keçirmək, sürücü və sərnişinlərin icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə sürücüyə avtomobili sağ kənara çəkib saxlaması bildirilmişdir. Sürücü bu zaman baş qatmaq məqsədilə razılıq əlaməti bildirmiş və qəflətən avtomobili hərəkətə gətirərək “saxla” işarəsinə tabe olmayıb postdan uzaqlaşmışdır. O, bu zaman dərhal 279 çağırışlı patrul avtomobilinə əyləşərək qeyd olunan postdakı ÇPA-nın polis nəfərlərinin birgə köməkliyi ilə həmin nəqliyyat vasitəsini təqib edərək bu barədə idarənin NH-nə məlumat vermişdir. Sürücü nəqliyyat vasitəsini çox yüksək sürətlə idarə edərək işıqforun qadağanedici siqnallarında hərəkətini davam etdirərək ondan uzaqlaşmağa çalışmış və onun işıq və səs siqnalları ilə verdiyi “saxla” işarəsinə qəsdən məhəl qoymayaraq bütün yol boyu yol nişanlarının və üfüqi nişanlanma xəttinin tələbi qəsdən pozaraq yüksək sürətlə Q.Qarayev prospektindən sağa R.Rüstəmov küçəsinə təhlükəli şəkildə manevr edərək dönüb hərəkətini davam etdirmişdir. Sürücü süni tıxac yaradılaraq saxlanılmışdır. Sürücü və avtomobildə sərnişin qismində olan Məmmədov Dəyanət onların qanuni tələblərinə tabe olmayaraq avtomobilin qapılarını bağlamışlar və avtomobildən düşmək istəməmişlər. Məmmədov Dəyanəti avtomobildən düşürdən zaman sərxoş olduğundan müvazinətini itirmiş, başı avtomobilin qapısına dəymiş və asfalta yıxılmışdır. Sürücü və avtomobildə olan sərnişinlər 24-cü PŞ-nə aparılmışlar. Yoxlama zamanı sürücü Şəxs sürücülük hüququnun olmadığı aşkar edilmiş və barəsində İXM-nin 327.1, 327.3, 332.2 və 511.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Avtomobildə sərnişin qismində olan və etibarnamə əsasında avtomobili idarə etmək hüququ olan X4 barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə avtomobili verdiyinə görə İXM-nin 335.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 96.1.1-ci maddəsinə əsasən avtomobil evakuator vasitəsi ilə tərtib edilmiş akt əsasında duracağa yerləşdirilmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin X15 Alayının Patrul Bölüyünün polis nəfəri, polis serjantı Mirzəliyev Ceyhun Rövşən oğlu bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 00:15-də Q.Qarayev prospektində “Ağ Çiçəyim” gül salonunun qarşısında stasionar postda olarkən “Niva” markalı avtomobil yaxınlaşdıqda həmin avtomobilə “saxla” işarəsi verilmiş, sürücü avtomobili saxlamışdır. YPX inspektoru avtomobilə baxış keçirmək, sürücü və sərnişinlərin icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə sürücüyə avtomobili sağ kənara çəkib saxlamasını bildirmişdir. Bu zaman sürücü qəflətən avtomobili sürərək postdan uzaqlaşmışdır. Onlar 2452 çağırışlı avtopatrulla və postda olan digər 279 çağırışlı patrulla birlikdə həmin avtomobili təqib edərək saxlamışlar. Avtomobili saxladıqdan sonra avtomobildə olan şəxslər maşından düşərək qaçmağa cəhd etmişlər və asfaltın üstünə yıxılmışlar. Onları saxlayaraq ölkədə tətbiq olunmuş komendant rejiminin qaydalarını pozduqlarını və onların qanuni tələblərini pozaraq onlara müqavimət göstərdiklərini bildirmişlər. Həmin şəxsləri 24-cü PŞ-nə gətirmişlər. Şöbədə həmin şəxslərin Şəxs, X7, X8 və X5 olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onu xx.xx.2020-ci il tarixdə bibisi oğlu Dəyanət özünün işlətdiyi Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən “Wooden PUB” restoranına çağıraraq Əfsanə və Sehranə ilə birlikdə içkili olduqlarından onları gəlib aparmasını bildirmişdir. Bibisi oğlu spirtli içki içdiyindən maşını o, idarə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 00:15-də idarə etdiyi bibisioğluna məxsus “Niva” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə R.Rüstəmov küçəsi 66 ünvanında posta yaxınlaşanda polis əməkdaşları “saxla” işarəsi vermişlər. O, avtomobili saxlamış, polis əməkdaşı ona icazələrinin olub-olmamasını yoxlayacağı və avtomobilə baxış keçiriləcəyi üçün avtomobili kənara çəkməsini bildirmişdir. Onun avtomobili idarə etmək hüququ olmadığından o, həyəcanlanmış, avtomobili sürüb getmiş və həmin postdan 2-3 km aralanmışdır. Həmin postdan 2-3 km keçmiş, YPX və PPX əməkdaşları onları saxlamışlar. Onları 24-cü PŞ-nə aparmışlar. Himayəsində 2 azyaşlı qızı var, Tər-Tərdə evinə raket düşdüyü üçün ailəsi ilə birlikdə Bakı şəhərinə gələrək qayınatasının evində yaşayır. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 2/9876 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 01:15-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən olunmuşdur. - inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 01:40-da inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs xx.xx.2020-ci il tarixdə saat 00:15-də idarə etdiyi “LADA 21214 Urban” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Dövlət Yol Polisi əməkdaşının “saxla” əmrinə tabe olmayaraq əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını, digər yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq etməsi öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 511.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 511.1-ci maddələri ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs 535.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən saat 01:40-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1979-cu il tarixdə Tər-Tər şəhərində anadan olmuş, Tər-Tər şəhəri, M.F.Axundov küçəsi, ev 35 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, barəsində 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən saat 01:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X10 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2111/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2111/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver