Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2117/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 04 aprel 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" ASC Mərkəzi Bankın 06 mart 2023-cü il tarixli 6-1-26/2-1094/2023 nömrəli məktubu ilə tələb edilən sənədləri (2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarına S.Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd, son on il ərzində səhmdar S.Məmmədova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa ona hesablanmış divindendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 17 mart 2023-cü il tarixdə törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X2 ərizəsindən görünür ki, səhmdarı olduğu "xxxx" ASC-nin rəhbərliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4, 106-1.3.2, 106-2.3 və 107-6.3-cü maddələrini kobud surətdə pozduğuna görə ASC-nin rəhbərliyi barəsində lazımi tədbir görülməsini Mərkəzi Bankdan xahiş etmişdir; -Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 23 yanvar 2023-cü il tarixli 6-1-26/2-237/2023 nömrəli məktubundan görünür ki, X1 Banka etdiyi müraciətində "xxxx" ASC-nin 2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarına S.Məmmədovun dəvət edilməsini təsdiq edən sənədin, son on il ərzində səhmdar S.Məmmədova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa ona hesablanmış divindendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənədləri əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin qeyd edilən məlumat və sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, həmin məlumatların 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur; -Poçt xəbərnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 23 yanvar 2023-cü il tarixli 6-1-26/2-237/2023 nömrəli məktubu 25 yanvar 2023-cü il tarixdə ASC-nin “İbrahimov N” soyadlı əməkdaşı tərəfindən imza edilməklə alınmışdır; -Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 6 mart 2023-cü il tarixli 6-1-26/2-1094/2023 nömrəli məktubundan görünür ki, Mərkəzi Bankın 3 yanvar 2023-cü il tarixli 6-1-26/2-237/2023 nömrəli göstərişi ilə tələb edilən məlumatların həmin tarixədək təqdim edilmədiyi bildirilməklə, sözügedən məlumatların 5 gün ərzində Mərkəzi Banka təqdim edilməsi "xxxx" ASC-yə təklif edilmiş, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; -Sürətli poçt xidmətinə aid poçt qəbzinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 6 mart 2023-cü il tarixli 6-1- 26/2-1094/2023 nömrəli məktubu 09 mart 2023-cü il tarixdə ASC-nin “İbrahimov N” soyadlı əməkdaşı tərəfindən imza edilməklə alınmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" ASC Mərkəzi Bankın rəsmi məktubu ilə tələb edilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2, 106-1.3.8-4, 106-2.3 və 107-6.3-cü maddələrində nəzərdə tutulmuş sənədləri, yəni cəmiyyətin 2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarına S.Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd, son on il ərzində səhmdar S.Məmmədova dividend hesablanıbhesablanmaması, hesablanmışdırsa ona hesablanmış divindendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla ASC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" ASC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2117/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2117/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver