Məhkəmə qərarları › İş №3(007)-2131/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2131/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2131/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsiştirakı ilə, Şəxs, xx xxxx 1989-cu ildə Beyləqan rayonu, Yeni Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yeni Mil qəsəbəsində qeydiyyatda olan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx xxxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində usta işlədiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə M.Əliyev küçəsinin kəsişməsində yerləşən “Turac” avtoservisdə işdə olarkən, əvvəllər tanıdığı Sahib adlı şəxsin zəng etmək adı ilə ona məxsus “Xiaomi Redmi 7” markalı, **********86391 İMEİ kodlu mobil telefonu ondan alıb kiməsə zəng etdiyini və başının işə qarışmasından istifadə edərək naməlum istiqamətə getməklə ona məxsus həmin mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Qeyd olunan faktla bağlı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırılma aparılmış və xx xxxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hadisəni törətmiş Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bu hərəkətinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunubildirdi və barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində usta işlədiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə M.Əliyev küçəsinin kəsişməsində yerləşən “Turac” avtoservisdə işdə olarkən, əvvəllər tanıdığı Sahib adlı şəxs zəng etmək adı ilə ona məxsus “Xiaomi Redmi 7” markalı, **********86391 İMEİ kodlu mobil telefonu ondan alıb kiməsə zəng etmiş və onun başının işə qarışmasından istifadə edərək naməlum istiqamətə getməklə ona məxsus həmin mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Halhazırda ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi bağışlamadığını bildirdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2 məhkəmə iclasında bildirdi ki, X5, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx xxxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində usta işlədiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə M.Əliyev küçəsinin kəsişməsində yerləşən “Turac” avtoservisdə işdə olarkən, əvvəllər tanıdığı Sahib adlı şəxsin zəng etmək adı ilə ona məxsus “Xiaomi Redmi 7” markalı, **********86391 İMEİ kodlu mobil telefonu ondan alıb kiməsə zəng etdiyini və başının işə qarışmasından istifadə edərək naməlum istiqamətə getməklə ona məxsus həmin mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Buna görə o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxxx 2020-ci il, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar