Məhkəmə qərarları › İş №3(007)-2136/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2136/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2136/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, 2-ci eninə, ev 2 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, EP №0142323 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötəri ki, Şəxs MMC 1********.14 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ********.98 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, təqdim edilmiş gömrük bəyannamələri üzrə ümumi dəyəri 125.496.266,14 rubl dəyərində mallar ölkəyə idxal edilmiş qalan hissədə isə geri qaytarılmışdır. Belə ki, **********814 nömrəli ygb ilə 1,643,052,14 rubl, **********021 nömrəli ygb ilə 3,632,259rubl, **********428 nömrəli ygb ilə 3,927,268 rubl, **********152 nömrəli ygb ilə 3,752,314 rubl, **********685 nömrəli ygb üə 4,450,574 rubl, **********351 nömrəli ygb ilə 7,155,234 rubl, **********563 nömrəli ygb ilə 6,730,035 rubl, **********443 nömrəli ygb ilə 6,724,433 rubl, **********312 nömrəli ygb ilə 6,800,473 rubl, **********668 nömrəli ygb ilə 3,452,570 rubl, **********502 nömrəli ygb ilə 3,270,936 rubl, **********592 nömrəli ygb ilə 3,497,458 rubl,**********655 nömrəli ygb ilə 2,847,703 rubl, **********874 nömrəli ygb ilə 2,464,298 rubl, **********155 nömrəli ygb üə 7,234,745 rubl və **********270 nömrəli ygb ilə 3,950,607 rubl məbləğində mallar ölkə ərazisinə idxal edilmişdir. 53,962,310.00 rubl məbləğində vəsait isə geri qaytarılmışdır, (yük gömrük bəyannamələri etiraza əlavə olunur). Lakin ödənilən həmin avans məbləği (125.496.266,14 rubl) bank tərəfindən müvafiq yük gömrük bəyannamələri ilə deyil, eyni müqavilə üzrə digər yük gömrük bəyannamələri ilə bağlanmışdır. Qeyd olunan texniki yanlışlıq səbəbi iləə həmin avans ödənişi üzrə mal idxal edilsə də, köçürmə bəyan olunmayan avans ödənişi kim qeydə alınmışdır. Müvafiq protokol tərtib edildikdən sonra ABB tərəfindən Mərkəzi Banka təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 6-2-57/2- 268/2024/315 nömrəli sənəddən görünür ki, "xxxx" MMC-rıin 125.496.266,14 rubl məbləğində avans köçürməsi üzrə avans ödənişinin bəyan olunmamış məbləğinin 29.472.760,98 rubl deyil, 24.733.825,11 rubl təşkil edir. Bank tərəfindən bəyan olunmamış kimi təqdim edilən (24.733.825,11 rubl) vəsait isə heç bir mal idxal edilmədiyi üçün təczihatçı tərəfindən "xxxx" MMC-ə geri qaytarılmışdır. Belə ki, PAŞA Bank tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, PB/VB-OUT-01490-2024 nömrəli məktubda qeyd olunur ki, 24.019.599,85 rubl məbləğində geri qaytarılmış vəsait heç bir avansın bəyanı və ya ixrac üçün istifadə edilməmişdir. Qeyd olunan məktub ABB-a təqdim edildikdən sonra ABB tərəfindən həmin məbləğ nəzərə alınmaqla yeni məktub daxil olmuş və müvəkkil bank tərəfindən protokol tərtib edən Mərkəzi Banka da göndərilmişdir. xx.xx.2024-cü il tarixli, KDB 460 nömrəli sənədə əsasən, Paşa Bank ASC-yə xx.xx.2021-ci il tarixdə qaytarılmış 24.733.825,11 rubl vəsait nəzərə alınmaqla avans köçürməsinin bəyan olunmamış məbləği 714 225,26 rubl təşkil edir. İşin hallarından və təqdim olunan bütün sübutlardan da göründüyü kimi, dəyəri ödənilən mallar tam şəkildə ölkə ərazisinə göndərilmişdir. "xxxx" MMC tərəfindən bəyan olunmamış məbləğ ümumilikdə 714 225,26 rubl təşkil edir. Hətta tərəflər arasında aparılmış alqı-satqı əməliyyatlarının ümumi həcminə də diqqət etsək yuxanda qeyd olunan halların bir daha öz təsdiqini tapdığım görürük. İşin hallarından da göründüyü kimi, qeyd olunan məbləğ 10.000 ABŞ dollarından azdır. Bu səbəbdən inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Təqdim olunan sənədlərdən göründüyü kimi, alqı-satqı və ödəniş əməliyyatları müvafiq qanunun və qərarın tələblərinə uyğun şəkildə aparılmışdır. Yuxanda qeyd olunan hallara əsasən hazırki fakt üzrə AR İXM 430.4-cü maddəsinin tərkib hissəsi olmadığından, dəyəri ödənilmiş mallar tam şəkildə və vaxtında ölkə ərazisinə gətirildiyindən iş üzrə icraata xitam verilməlidir.Qeyd olunanlara əsaslanaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş və hazırda MMC-nin avans ödənişin bəyan olunmamış məbləği ********.11 Rusiya rublu təşkil edir. ‘‘Paşa Bank” ASC tərəfindən verilmiş PB/VB-OUT-01490-2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunan vəsaitin hazırkı iş üzrə “Veysəloğlu’’ MMC tərəfindən xx.xx.2022-ci il tarixdə “Mars" şirkətinə avans olaraq köçürülən 1********.14 Rusiya rublu vəsaitinin geri qayıtması kimi nəzərə alınmasına etiraz etdiklərini, xx.xx.2021-ci il tarixli "Paşa Bank” ASC-yə daxil olmuş ödənişin təyinatı ilə "xxxx" ASC vasitəsilə köçürülən avansın təyinatında uyğunluq aşkar olunmadığını, bu səbəbdən təqdim edilmiş sənədlərin bəyan olunmamış vəsaitin geri qayıtması kimi nəzərə alınmasının uyğun görülmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 6-2-57/2- 268/2024/315 nömrəli məktubun surətindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2022ci il tarixdə Rusiya Federasiyasının OOO “Mars”-a etdiyi 125.496.266,14 rubl məbləğində avans köçürməsi üzrə avans köçürməsi üzrə avans ödənişinin bəyan olunmamış məbləği 24.733.825,11 rubl təşkil edir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, PB/VB-OUT-01490-2024 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə daxil olmuş 24.019.599,85 rubl məbləğində vəsait heç bir avans və ixrac üçün istifadə edilməmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, KDB-460 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə qaytarılmış (********.85 rubl) vəsait ABB tərəfindən nəzərə alınmış, bu halda avans köçürməsinin bəyan olunmamış məbləği 714225,26 rubl təşkil edir Azərbaycan Respublikası Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli Qərarının 4.3.1.3-cü bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC tərəfindən qabaqcadan ödəniş edilməklə xaricə köçürülmüş pul vəsaiti müqabilində mallar ölkəyə idxal edilmiş, yalnız 714 225,26 rubl məbləğində vəsait bəyan olunmamış qalır. Qeyd olunan hal iş materiallarına əlavə edilmiş və yuxarıda sadalanan ABB tərəfindən təqdim edilmiş xx.xx.2024 cü il tarixli və xx.xx.2024-cü il tarixli və Paşa bank tərəfindən təqdim olunmuş xx.xx.20241-cü il tarixli sənədlərlə öz təsdiqini tapır. Bəyan olunmamış 714 225,26 rubl məbləğində vəsait isə 10000 ABŞ dollarından az olduğundan və Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli qərarına əsasən inzibati xəta tərkibi yaratmadığından, məhkəmə iş üzrə icraata xitam verilməsini əsaslı hesab edir. Bununla da təqdim edilmiş sübutlarla hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar