Məhkəmə qərarları › İş №3(007)-2140/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2140/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2140/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin polis sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsiştirakı ilə, Şəxs, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 60 saylı evin 94 saylı mənzilində yaşayan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs,xx xxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin polis sahə inspektoru X2 məhkəmədə göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən həmin şəxs polis bölməsinə dəvət edilmiş və orada o, şəxsiyyətini müəyyən etdikdən sonra Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs, inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən təsdiq edərək, o, xx xxxxxxx 2020-ci il tarixdə motosiklet idarə edərkən, qorxduğu və sənədi olmadığı üçün YPX əməkdaşlarından qaçmışdır. Lakin hazırda əməlindən peşmandır. Buna görə də barəsində yüngül inzibati təhbeh tətbiq edilməsini xahiş edir. Şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 məhkəmə iclasında bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, xidmətdə olarkən Nizami rayonu, M.Əliyev küçəsində saat 16 radələrində motosiklet sürücüsü dövlət qeydiyyat nişanı olmadan motosikleti idarə etdiyinə görə, O.Vəliyev küçəsində işıq və səs siqnalı vasitəsilə ona “saxla” işarəsi verilmişdir. Lakin sürücü onların tələbinə məhəl qoymayaraq, sürəti artıraraq oradan yayınmış və manevr qaydalarını da pozmaqla sağ küçədə yerləşən “SOCAR” İdarəsinin yerləşdiyi dairəyə daxil olmuş və sürətini azaltmışdır. O, həmin sürücüyə bu vaxt yaxınlaşmaq istədikdə sonuncu yenidən sürətdə torpaq yola çıxıb yayınmaq istəmişdir. Bundan sonra onun iş yoldaşı İqrar Musayev patrul avtomobili ilə onun arxasınca hərəkət etmiş, daha sonra onlar həmin sürücünün qarşısında dayanmışlar. Bundan sonra sürücü motosikletdən düşüb qaçmaq istəmiş, onların tələbinə tabe olmamış, lakin onlar həmin şəxsi saxlayaraq 23-cü Polis Bölməsinə dəvət etmişlər. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, o cümlədən məhkəmə iclasındakı davranışını nəzərə alaraq və onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli Şəxs hazırkı işlə bağlı inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il, saat 19:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar