Məhkəmə qərarları › İş №3(007)-2157/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2157/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2157/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkarın nümayəndəsi X3, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1967-ci ildə Lənkəran rayonu, Qumbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən xx.xx.2020-ci il tarixində “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Şəxs MM/65842/50/3 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2241.29 ABŞ dollarının "xxxx" ASC-nin xeyrinə tutulması barədə icra qeydi verilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, icra sənədi üzrə borcunu ödəməkdən yayınmır, sadəcə olaraq maddi durumu ağır olduğundan borc üzrə birdəfəlik ödənişlər edə bilmir. Borcun ödənilməsi üçün vaxt verilərsə, borcu hissə-hissə ödəməyə hazırdır. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X5 xx.xx.2020-ci il tarixli icra qeydi üzrə banka olan borc ödənilməmiş olaraq qalmaqdadır. İcra sənədi üzrə borcun tam olaraq borclu tərəfindən ödənilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X2 məhkəmədə bildirdi ki, icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə tələbi yerinə yetirməsi tələb edilsədə yerinə yetirməmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tələbkarı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni xx.xx.2022-ci il, saat 14:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il, saat 14:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar