Məhkəmə qərarları › İş №3(007)-2158/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2158/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2158/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1, xx xxxxxx 1989-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 yol patrul xidməti inspektoru X2 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 yol patrul xidməti inspektoru X2 inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ilə H.Ə.Sultanov Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirili bilinərək 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 yol patrul xidməti inspektoru X2 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs H.Ə.Sultanov göstərdi ki, o, idarə etdiyi **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə Tbilisi prospekti ilə hərəkət edən zaman Şəfayət Mehdiyev küçəsi ilə hərəkətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı YPX avtomobili ona «saxla» əmri vermişdir. O, qanuna əsasən, onun «saxla» əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmişdir. YPX inspektoru X3 ona bildirdi ki, guya o, Tbilisi prospekti ilə hərəkət edən zaman svetoforun qırmızı qadağanedici siqnalında keçmişdir. O, isə öz növbəsində ona etiraz edərək, 10 metr ara məsafəsi olan iki svetofor arasında birincisində svetoforun yaşıl işığının yanıb söndüyü zaman keçdiyini və bu zaman ikincisinə çatan zaman artıq ikinci svetoforda sarı işığın yanmağa başladığını, o isə öz növbəsində nəqliyyat vasitəsinin həcminin böyük olmasının, asfalt örtüyünün isti və nəqliyyat vasitəmin təkərlərinin ölçüsünə əsasən yüksək sürtünmə səsi ilə ətrafda olanlara həyacan və təhlükə yaşatma ehtimalı ilə sürüşmə riskinin olmasını nəzərə alıb kəskin tormozlamanın qarşısını almaq üçün avtomobilinin sürüşmə ehtimalını nəzərə alıb yol ayrıcını sarı işıqda keçdiyini bildirmişdir. Yol Patrul Xidmətinin əməkdaşı onun inzibati pozuntu etdiyini tam sübut etmədən, inspektor X3 ona İXP ******* saylı inzibati protokol tərtib etmişdir. O, öz növbəsində, sözü gedən inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş protokolun ləğv edilməsi ilə bağlı Baş Dövlət X7 rəsmi ərizə ilə müraciət edərək, haqqımda tərtib olunmuş İXP ******* saylı inzibati protokola yenidən obyektiv şəraitdə baxılmasını və Tbilisi prospektində yerləşən TŞK 2- 007 kameralarına həmçinin YPX inspektorunun avtomobilində yerləşdirilmiş kameraların görüntülərinə baxılaraq qanunvericiliyin aliliyini nəzərə alıb məsələyə təkrarən obyektiv olaraq baxılaraq həmin görüntülərin bir nüsxəsini onun elektron poçt ünvanına (mailto:hemid.sultanov@gmail.comElektron ünvan ünvanına) göndərilməsinə göstəriş verməklə qanunvericiliyin aliliyini nəzərə alıb məsələyə təkrarən obyektiv olaraq baxılmasına göstəriş verməsini xahiş etmişdir. Etdiyi müraciətlə əlaqədar xx.xx.2020-ci il tarixdə elektron poçt ünvanına BDYPİ tərəfindən məktub göndərilərək onu idarəyə dəvət etmişlər, o isə məsləyə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Lakin bu günə kimi həmin müraciətinə heç bir cavab verilməmişdir. Bundan əlavə asanpay.az saytında olan elektron kabinetində xx.xx.2020-ci il tarixdə tərtib edilmiş protokolun elə həmin gün yəni xx.xx.2020-ci il tarixdə qərarlaşdırılması ilə bağlı məlumat öz əksini tapmışdır. Müraciətinə baxılmadan protokolun qərarlaşdırılması onun hüquqlarını pozmaqdadır və qanunvericiliyin tələblərinə ziddir. Protokoldan şikayət verdiyinə baxmayaraq ərizəsinə münasibət bildirilmədən, xx xxxxxxxx 2020-ci il tarixdə qərarlaşaraq sistemdə xx.xx.2020-ci il tarix kimi qeyd olunmuşdur. Belə olan halda belə o, hüququndan məhrum olunaraq 10 gün müddətinə şikayət vermə müddəti BDYP əməkdaşları tərəfindən gözlənilməmişdir. Sonda H.Ə.Sultanov Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 yol patrul xidməti inspektoru X2 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 yol patrul xidməti inspektoru X2 xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 göndərilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 yol patrul xidməti inspektoru X2 xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarının surətindən görünür ki, yol patrul xidməti əməkdaşı xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Tbilisi prospektində “Volkswagen Touareg” markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü H.Ə.Sultanovun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğunu müəyyən etmiş və törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulmasını nəzərə alaraq H.Ə.Sultanovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə işdə olan sübutlarla təqdiq olunur ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 yol patrul xidməti inspektoru X3 xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Mirqasımov küçəsində “Volkswagen Touareg” markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü H.Ə.Sultanovun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin tələblərini pozduğunu müəyyən etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs H.Ə.Sultanovun inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamasına baxmayaraq, onun rəsmi müraciətinə baxmayaraq, elə həmin tarixdə də, yəni xx.xx.2020-ci il sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 yol patrul xidməti inspektoru X2 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar