Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-216/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X5 iclas katibliyi ilə, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2, protokol tərtib etmiş Nizami RPİ Post-patrul xidməti bölüyünün polis nəfərləri X3, X1, X4 iştirakları ilə, xx.xx.1977-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məhəmmədi kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2023cü il tarixdə Koroğlu metrostansiyasının piramida çıxışının qarşısında polisin qanuni əmrinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan 25-ci Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, xx.xx.2023-cü il tarixdə , saat 19:00 radələrində “Koroğlu metro stansiyasının “Piramida” çıxışı ünvanında yolda olan sıxlıq ilə əlaqədar olaraq, yolun hərəkət hissəsini təmizləyən taksi sürücüsü digər taksi sürücüsündən yol istəyərkən ondan yol açmasını istəmiş və ərazidə polis əməkdaşlarının xidmət apardığını bildirmişdir. Lakin, Şəxs məhəl qoymayaraq, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq, özünü təqdim etməsini bildirən zaman müqavimət göstərmiş, daha sonra hər iki şəxs 25-ci PŞ-yə dəvət edilmiş və bu zaman həmin şəxslərin şəxsiyyətləri müəyyən edilərək, polis əməkdaşlarına qarşı müqavimət göstərən şəxsin Şəxs olduğu müəyyən edilmiş və nəticədə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, onun tərəfindən polisə müqavimət göstərilməmiş, buna baxmayaraq Nizami rayon 25-ci PŞ-yə aparılıb, onun barəsində inzibati xətaya dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən polisə tabesizlik olmamışdır. Qeyd olunan səbəblərdən barəsində inzibati xətaya dair icraat aparılan şəxs, Şəxs barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş şəxs Nizami RPİ RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru Ceyhun Həmidov bildirdi ki, protokolu raport əsasında tərtib etmişlər. Belə ki, raporta əsasən xx.xx.2023-cü il tarixdə , saat 19:00 radələrində “Koroğlu metro stansiyasının “Piramida” çıxışı ünvanında yolda olan sıxlıq ilə əlaqədar olaraq, yolun hərəkət hissəsini təmizləyən taksi sürücüsü digər taksi sürücüsündən yol istəyərkən ondan yol açmasını istəmiş və ərazidə polis əməkdaşlarının xidmət aparmasını bildirmişdir. Lakin, Şəxs məhəl qoymayaraq, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq, özünü təqdim etməsini istədikləri zaman müqavimət göstərərək, nalayiq ifadələr işlətmiş, daha sonra hər iki şəxs 25-ci PŞ-yə gətirilmişlər. Qeyd olunan səbəbdən də, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin postpatrul xidməti bölüyünün polis nəfəri X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Koroğlu metro stansiyasının “Piramida” çıxışı qarşısında xidmətdə olarkən, bir nəfər şəxsin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək söyüş söyməsini eşitmişlər və bu zaman həmin şəxsə yaxınlaşmış, Şəxs tərəfindən müqavimətə məruz qalmışdır. Belə ki, qeyd olunan şəxs polisə əl-qol hərəkətləri ilə müqavimət göstərməklə yanaşı, nalayiq söyüşlərlə onu təhqir etmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2023-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 19:50 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 100 (yüz ) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-216/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-216/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver