Məhkəmə qərarları › İş №3(007)-2160/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2160/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2160/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X3 tərəfindən verilmiş şikayət xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərardadından görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla şikayət verildiyindən həmin şikayət geri qaytarılmış və buraxılmış müddətin bərpası haqqında məsələ ona izah edilmişdir. Lakin, X3 barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş və buraxılmış prosessual müddətin bərpası haqqında vəsatət qaldırmadan təkrarən şikayətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etməli olduğu məsələlərdən biri də, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalı və inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpası haqqında vəsatətlə müraciət etmək hüququ ona izah edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verilmiş şikayət geri qaytarılsın. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpası haqqında vəsatətlə müraciət etmək hüququ X2 izah edilsin. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar