Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2169/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X4 Bəxtiyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə Bilavasitə Tabe olan Bakı Metropolitenində PŞ-nin İTB-nin rəisi polis mayoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Tərtər rayonu Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə Bilavasitə Tabe olan Bakı Metropolitenində Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı polis mayoru X6 tərəfindən X1 DİN-in 102 xidmətinə etdiyi müraciət əsasında toplanmış H- 1/237 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə Bilavasitə Tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəisi polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, naməlum şəxs X1 “Honor 7C” markalı və “Əli və Nino” mağazasına məxsus “Xiaomi Redmi” markalı mobil telefonlarını oğurluq yolu ilə ələ keçirməsinə dair toplanmış material üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104.1.3-cü maddəsinə əsasən inzibati iş üzrə icraatın dayandırılması üçün qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə Bilavasitə Tabe olan Bakı Metropolitenində PŞ-nin İTB-nin rəisi polis mayoru X7 tərəfindən Şəxs xx.xx.2022-ci il tarixdə “Koroğlu” metrostansiyasında “Əli və Nino” kitab satışı köşkündə X1 və X2 mobil telefonlarının oğurlaması faktı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı Metropolitenində PŞ-nin İTB-nin rəisi polis mayoru X7 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixində Bakı Metropoliteninin “Koroğlu” stansiyasında “Əli və Nino” kitab satış köşkündə vətəndaşlar X1 300 manat dəyərində “Honor 7C” markalı, X2 250 manat dəyərində “Xiaomi Redmi 9A” modelli mobil telefonlarını oğurlamışdır. Məhkəmə iclasında izahat vermiş Şəxs xx.xx.2022-ci il tarixində Bakı Metropoliteninin “Koroğlu” stansiyasında “Əli və Nino” kitab satış köşkündə “Honor 7C” markalı və “Xiaomi Redmi 9A” modelli mobil telefonları oğurladığını bildirdi. Həmçinin hazırda dəymiş ziyanı ödəmək iqtidarında olmadığını qeyd etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu araşdırma materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün səmimi etirafından başqa iş üzrə toplanmış sənədlərlə də tam təsdiq olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati işə əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edərkən, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbirinin seçildiyini və hazırda həbsdə saxlanıldığını nəzərə alır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati həbslə tənbeh edilsin. Şəxs xx.xx.2022-ci il tarixdən həbsdə saxlanıldığı nəzərə alınaraq qərar icra edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2169/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2169/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver