Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-217/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X3, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2də kirayədə yaşayan olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə “Koroğlu” metrostansiyasının qarşısında sərxoş vəziyyətdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Ətraflı araşdırma aparılması və profilaktik söhbət aparılması məqsədi ilə 25-ci Polis Şöbəsinə dəvət edilmiş o, sərxoş vəziyyətdə inzibati binada səs küy salaraq, nalayiq söyüşlər söymüş, polis əməkdaşları ilə mübahisə etmiş, idarənin iş rejimini pozmuşdur. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-də olan zaman sərxoş vəziyyətində olduğu üçün orada səs-küy salaraq nalayiq söyüşlər söymüş, polislərlə mübahisə etmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirdi. Protokol tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-ci il tarixdə, polis əməkdaşlarının 1 saylı patrul sektorunda xidmət apardıqları zaman, 276 saylı yol patrul əməkdaşları efir vasitəsilə 2 nəfər şəxsin ilə Koroğlu metro stansiyanının “Piramida” çıxışı qarşısında mübahisə etməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşları həmin ünvana yaxınlaşan zaman sərnişin qismində olan Şəxs sürücüyə nalayiq ifadələr işlədərək söyüşlər söyməsi və onların mübahisə etməsi aşkar edilmişdir. Ətraflı araşdırma aparılması və profilaktik söhbət aparılması məqsədi ilə onlar 25-ci Polis Şöbəsinə dəvət edilmiş, Şəxs sərxoş vəziyyətində inzibati binada səs-küy salaraq nalayiq söyüşlər söymüş, polis əməkdaşları ilə mübahisə etmiş, idarənin iş rejimini pozmuş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu barədə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları raport və akt tərtib etmişlər və materiallar əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X5 məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində taksi fəaliyyəti göstərdiyi zaman, Şəxs onun avtomobilinə əyləşmiş və Koroğlu metro stansiyasının çıxışında taksidən düşən zaman, gediş haqqını ödəməmək üçün heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüşlər söymüş və bu da səs-süyə səbəb olmuşdur. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq onları 25-ci PŞ-nə dəvət etmişlər. Hazırda Şəxs şikayətçi olduğunu bildirdi. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan xx.xx.2023—cü il tarixli 2/1054 saylı sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkar edilmişdir. İş materiallarındakı xx.xx.2023-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 00:15 radələrində tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 00:15 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN X4 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-217/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-217/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver