Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2174/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, Bakı şəhəri Nizami RPİ-nin X8 Şöbəsinin yol-patrul xidməti inspektoru X1 iştirakı ilə, 03.08.2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 03.08.2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03.08.2021-ci il tarixdə saat 14:29-dan hansı dövlət qurumu tərəfindən adı, soyadı və atasının adı qeyd olunmayan tərtib olunan protokolla, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan “OPEL VECTRA" markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil “dayanma qaydalarını pozmağa görə” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi əsasıyla protokol tərtib olunmuşdur. Protokolda inzibati xəta törədilən yer ünvan 1 ünvanı göstərilməklə, protokola sübut olaraq 3 fotoşəkil əlavə olunmuşdur. Həmin 3 fotoşəklin 1-i yalnız avtomobilin ön tərəfindəki dövlət qeydiyyat nişanını, 2-si yalnız avtomobilin arxa tərəfindən dövlət qeydiyyat nişanını, 3-sü isə avtomobilin içərisini, avtomobilin sükanını əks etdirmişdir. Protokolun hansı Polis İdarəsi və ya bölməsi tərəfindən, hansı polis işçisi tərəfindən tərtib olunduğu və protokolu tərtib edən polis əməkdaşının vəzifəsi, rütbəsi, adı, soyadı və atasının adı göstərilməmişdir. Protokola əlavə olunmuş şəkildə avtomobilin harada, hansı yerdə, nəyin yanında, arxasında və ya qarşısında, yolda, küçədə və ya yaşadığı binanın qarşısında dayandığı, avtomobilin dayandığı yerdə avtomobili saxlamağı qadağan olubolmadığını əks etdirən heç bir vəziyyət göstərilməmişdir. O, avtomobilinin cərimələnməsindən cəmi 10 dəqiqə sonra məlumat əldə etmişdir. Bu barədə telefonuna məlumat daxil olmuşdur. Protokolda avtomobilinin polis əməkdaşları tərəfindən cərimələnməsi göstərilsə də digər məlumatların olmaması səbəbindən o, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. 102 xidmətindən ona ərazi üzrə polisə müraciət etməyi məsləhət görülmüşdür. O, Nizami rayon X8 şöbəsinə gedərək bu barədə polisə müraciət etmiş və məlum olmuşdur ki, protokolu Nizami rayon Polis İdarəsi Dövlət X7 əməkdaşı tərtib etmişdir. O, protokolun və qərarın surətini istəsə də verməmişlər. Bundan sonra, o, 3-cü dəfə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək, inzibati protokolun və həmin protokol əsasında qəbul olunmuş qərarın surətinin ona verilməsinə kömək etmələrini xahiş etmişdir. Bundan sonra ona yalnız 03.08.2021ci il tarixli elektron protokolun surətini və çəkilmiş 3 ədəd fotoşəklin surətini vermişlər. Onun avtomobilini saxladığı yer protokolda göstərilən yer deyildir. Çəkilmiş şəkillərə əsasında onun avtomobilinin harada dayandığını müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən 03.08.2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin X8 Şöbəsinin yol-patrul xidməti inspektoru X3 bildirmişdir ki, X4 03.08.2021-ci il tarixdə “Opel Vectra” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində qanunla qadağan olunmuş yerdə saxlamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilməsi barədə 03.08.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 03.08.2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. - inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən “Opel Vectra” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunla qadağan olunmuş ərazidə dayanması müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında X4 tərəfindən 03.08.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş 03.08.2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. 03.08.2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2174/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2174/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver