Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2175/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, şikayət vermiş şəxs X6 oğlunun iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən M.Qulubəyli tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 08.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən M.Qulubəyli tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 08.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08.08.2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin sahə inspektoru Ə.Məmmədov tərəfindən onun barəsində İXM-nin 211.1ci maddəsi üzrə MN seriyalı, ******* saylı inzibati protokol tərtib edilmiş, Nizami RPİ-nin 25ci Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Mətin Qulubəylinin MN seriyalı, ******* saylı, 08.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən onun barəsində İXM-nin 211.1-ci maddəsi üzrə inzibati tənbeh növü tətbiq edilərək 4000 (dörd min) manat cərimə olunmuşdur. Həmin qərarda o, 08.08.2021-ci il tarixdə saat 00:00-dan sonra fəaliyyət göstərən obyektin (“Tbilisi” restoranının) sahibi kimi qeyd olunmuşdur, lakin o, obyekt sahibi deyildir. Obyekt sahibi Elçin Acalov 08.08.2021-ci il tarixdə saat 23:00 radələrində obyekti bağlayıb açarları ona verərək evinə getmişdir. O, həmin açarları səhər ona təhvil veməli idi. 09.08.2021-ci il tarixdə bir nəfər tanışı ilə birlikdə kafeni açaraq oradan bir şüşə pivə götürüb içmişlər. Bu vaxt polis obyektə daxil olmuş və protokol tərtib etmişdir. Həmin obyektin sahibi olmadığını inzibati protokolda da qeyd etmişdir. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə polis əməkdaşlarının şəxs barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib etmək səlahiyyətləri qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən M.Qulubəyli tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 08.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət vermiş şəxs X3 dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən M.Qulubəyli tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 08.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru Ə.Məmmədov tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, 08.08.2021-ci tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vət. Mustafayev karantin qaydalarını pozaraq 01:00-da “Tbilisi” restoranında fəaliyyət göstərmişdir. X1 obyektin ona məxsus olmadığını, protokolla razı olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X2 inzibati xəta törətməsi haqqında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən M.Qulubəyli tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 08.08.2021-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından (E.Mustafayevin karantin rejiminin pozulduğu obyektdə vəzifəli şəxs olması, həmin obyektdə işləməsi və s.) şikayət qismən təmin edilməli, X2 barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən M.Qulubəyli tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 08.08.2021-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən M.Qulubəyli tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 08.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2175/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2175/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver