Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2175/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə rəisi X4, zərərçəkmiş şəxs X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 2 saylı binanın qarşısına gələrək X8 ilə mübahisə edərək sonuncunu təhqir etməklə xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə rəisi X7 məhkəmədə göstərdi ki, , xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 2 saylı binanın qarşısına gələrək X8 ilə mübahisə edərək sonuncunu təhqir etməklə xırda xuliqanlıq etmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən qəbul etməklə və inzibati xətanı törətməsində özünü qismən təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixində saat 10:30 radələrində müştərinin sifarişini evinə çatdırmaq üçün Nərgizin xalasının yaşadığı B.Nuriyev küçəsi 2 saylı evin qarşısından keçdiyi vaxt eyvanın pəncərəsində oğlunun köynəyini görmüş maşını saxlamışdır. Qapını döydüyü vaxt Nərgiz və onun xalası Leyla Süleymanova qapını açmayaraq, qapının arxasından ona nalayiq söyüşlər ifadə etməklə təhqir etmişlər. Bundan əsəbiləşərək pəncərəyə qalxmış və onlar istiqamətində tüpürərək müvafiq cavablarını vermişdir. Sonda Şəxs, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə o, xalasının evində olduğu zaman Şəxs avtomobilini pəncərənin qarşısında saxlayaraq, onları nalayiq küçə söyüşləri ilə söyməklə təhqir etmişdir. Sonda X1 Orxan Nazim oğlu barəsində sərt inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iclasında şahid qismində ifadə vermiş X2 bildirdi ki, xx.xx.2022ci il tarixdə bacısı qızı Nərgiz onun evində olduğu zaman Şəxs avtomobilini pəncərənin qarşısında saxlayaraq, onları nalayiq küçə söyüşləri ilə söyməklə təhqir etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, şahidi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2175/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2175/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver