Məhkəmə qərarları › İş №3(007)-2193/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2193/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2193/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs – X2, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə rəisi X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Y.Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında YPX-nin əməkdaşı, polis kapitanı X4 qarşı nalayiq ifadələr işlətmiş, onu təhqir etmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə rəisi Nəzər Yolçuyev məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX-nin əməkdaşını təhqir etməsi, ictimai qaydanı pozması barədə məlumat daxil olmuş, bunun əsasında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhər BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX-nin baş inspektoru, polis kapitanı X5 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, 11:55 radələrində Nizami rayonu, Q.Qarayev prospektində “Opel” markalı, **-CT-*** DQN-lı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayaraq dayanma qaydalarını pozduğuna görə həmin avtomobilə yaxınlaşıb müvafiq tədbir görərəkən kənardan bir nəfər şəxsin onu təhqir edə-edə gəldiyini görmüş, həmin şəxs ona yaxınlaşdıqda belə təhqirlərini davam etdirmişdir. Bu zaman ətrafda da insanlar toplaşmış, onlar da həmin şəxsi sakitləşdirməyə çalışsalar da, buna nail ola bilməmişlər. Bu zaman həmin ərazidən keçən ÇPA-nın əməkdaşları onlara yaxınlaşaraq sürücünü 24-cü PŞ-nə dəvət etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Q.Qarayev prospektində idarə etdiyi avtomobili saxlayaraq marketə getmiş, bu zaman atası avtomobildə əyləşərək onu gözləmişdir. O, geri qayıdanda avtomobilin yanında polis əməkdaşının olduğunu görmüş, həmin polis əməkdaşı ilə aralarında söz mübahisəsi yaranmış, o, əsəbləşdiyindən səsini ucaldaraq polis əməkdaşından niyə ona cərimə yazdığını soruşmuşdur. Avtomobili qadağan olunmuş yerdə saxladığını əvvəlcədən özü də bilmiş, lakin onun marketə gedibqayıtması heç 2 dəqiqə çəkməmişdir. Maddi vəziyyəti pis oldğu üçün cərimə yazılmasına əsəbləşmiş, o səbəbdən bu hərəkətlərə yol vermişdir. Lakin o, polis əməkdaşına qarşı nalayiq ifadələr işlətməmişdir. Daha sonra ÇPA-nın əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etdikdə də, heç bir etiraz etməyək onlarla birlikdə getmişdir. Əməlindən çox peşmandır, polis əməkdaşından dəfələrlə üzr istəmişdir. Himayəsində 3 azyaşlı uşağı, qoca ata-anası var və ailəyə yeganə qazanc gətirən, ailəni dolandıran şəxs odur. O, hər zaman polis əməkdaşlarınaa hörmət ilə yanaşmışdır. Bütün bunları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhər BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPXnin baş inspektoru, polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 12:25 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, xəta törətmiş şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar